​Qubada məktəbdə YANĞIN: Kənd camaatı da yanğını söndürməyə cəlb edildi

Baxış sayı:
7072

Qubanın Amsarqışlaq kənd orta məktəbində yanğın baş verib.
Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbəri verir ki, yanğın saat 16:50-də başlayıb. 
Hadisə nəticəsində məktəbdə olan şagird və müəllim heyətindən heç kim xəsarət almayıb.
Əraziyə FHN-nin Quba Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin 3 avtomobili və təcili tibbi yardım maşınları cəlb edilib.
Hadisə yerinə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Quba rayon Polis Şöbəsinin rəisi, Post Patrul Xidmətinin əməkdaşları gəlib.
Kənd camaatı da yanğını söndürməyə cəlb edilib.
Hazırda yanğın söndürülmək üzrədir.