Qubada məktəb binasındakı yanğınla bağlı YENİ MƏLUMAT

Baxış sayı:
12448

Quba rayonunda məktəb binasında baş verən yanğının qarşısı alınıb.
Hadisə Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta məktəbində baş verib.
Belə ki, odun peçindən taxta döşəmənin üstünə düşən köz parçaları səbəbindən məktəbin 3-cü mərtəbəsində yerləşən sinif otaqlarından birində tüstülənmə baş verib. Hadisə dərsdən sonra baş verdiyindən xəsarət alan olmayıb.
Yanğın qısa müddət ərzində söndürülüb.
Faktla bağlı araşdırma aparılır.