Qubada kütləvi zəhərlənmə - Səbəbi dəqiq bilinmir

Baxış sayı:
7864

Qubada kütləvi zəhərlənmə qeydə alınıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, beş nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onların qidadan zəhərləndiyi bildirilir:
“Xəstələrin mədələri yuyulub, tibbi yardım göstərilərək, xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri stabildir. Nümunələr Respublika Gigiyena və  Epidemioloji Mərkəzinə göndərilib. Cavab gələndən sonra səbəblər bilinəcək”.