​Qubada istirahət mərkəzində yanğın

Baxış sayı:
436

Qubada yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Quba rayonu, Amsar kəndində yerləşən istirahət mərkəzinin ərazisində ümumi sahəsi 96 m2 olan tikilinin yanar konstruksiyaları, o cümlədən dam örtüyü ümumilikdə 62 m2 sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​