​Qubada “Birja” mağazalar şəbəkəsində DƏHŞƏTLİ YANĞIN: 6 dükan külə döndü - VİDEO

Baxış sayı:
6862

Qubada mağazalar şəbəkəsində yanğın olub.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, rayonun Heydər Əliyev prospekti, 29-cu məhəllədə yerləşən "Birja" mağazalar şəbəkəsində baş verən yanğın nəticəsində şəbəkəyə daxil olan 5 mağaza yanıb.
Hadisə naqillərdə baş verən qısaqapanmadan yaranıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb edilib. FHN əməkdaşları və sahibkarların köməyi ilə həmin mağazalardan 5-də olan malların bir qismi çıxarılsa da, 1 mağaza tam olaraq yanıb.
Artıq yanğının qarşısı alınıb.