​Qubada batan iki nəfər sudan çıxarıldı - Yeniləndi

Baxış sayı:
1747

Quba rayonu ərazisində iki nəfər su kanalında batıb.
Muxalifet.az xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Quba rayonu, Gədikqışlaq kəndində 2 nəfərin Samur-Abşeron su kanalında batdığı ehtimal edilir.
FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Qeyd edək ki, report kənd sakinləri Vidadi Mehrəliyev və Səhrab Seyfulovun su kanalına düşən buzovu çıxartmaq istəyərkən boğulduqlarını bildirib. Hazırda əraziyə Quba rayon Polis şöbəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Şimal regional mərkəzinin xilasediciləri cəlb olunub. Hadisə yerinə qaldırıcı kran gətirilib. İtkin düşən şəxslərin meyiti kanalın dibində aşkar edilib. Hazırda onları suyun üzərinə çıxartmaq mümkün olmadığından, kanalda suyun səviyyəsinin azaldılması planlaşdırılır.
Bu gün Samur-Abşeron kanalında batan hər iki nəfərin meyiti sudan çıxarılıb.
Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu tərəfindən sudan çıxarılan Qubanın Gədikqışlaq kənd sakinləri 56 yaşlı Vidadi Mehrəliyev və 54 yaşlı Səhrab Seyfulovun meyiti aidiyyəti üzrə təhvil verilib.