Qubad İbadoğlunun təşkilatı formalaşır

Yanvarın 13-də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsi üzvlərinin növbəti toplantısı keçirilib. Toplantıda Təşkilat Komitəsinin 1 aylıq fəaliyyətinə yekun vurulub, təşkilatlanma və strukturlaşma işinin sürətləndirilməsinə dair müzakirələr aparılıb. Qərara alınıb ki, təşkilatlanma işi sürətləndirilsin, təşəbbüs qruplarının əhatə dairəsi genişləndirilsin. Bununla əlaqədar olaraq rayonlarda təşəbbüs qrupunun yaradılması üçün qrafik hazırlanıb və məsul şəxslər müəyyənləşdirilib.

Təşkilat Komitəsinin toplantısında ictimai-siyası vəziyyətlə bağlı regionda və Azərbaycandakı durum müzakirə olunub. Qərəra alınıb ki, yanvarın 22-də mütəxəssilərin iştirakı ilə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsi adından “Dünya bazarında neftin qiymətinin kəskin uculaşmasının, qonşu Rusiyada mövcud iqtisadi böhranın Azərbaycana mümkün təsirləri” mövzusunda dəyirmi masa müzakirəsi təşkil edilsin.

Sonda 20 yanvar günü şəhidlər xiyabanının ziyarət edilməsi, 31 yanvar Məmməd Əmin Rəsulzadənin döğum gününün qeyd olunması ilə bağlı təkliflərinn müzakirəsi aparılıb.

muxalifet.az