​Quaido çevrilişin baş tutmasının səbəblərini açıqladı

Baxış sayı:
1978

Venesuela Milli Assambleyasının lideri Xuan Quaido respublikanın qanuni prezidenti Nikolas Maduronun devrilməsi üçün göstərdikləri cəhdlərin uğursuzluqla nəticələndiyini bildirib.
 
O, bunu “The Washington Post” nəşrinə müsahibəsində deyib.
 
Quaidonun sözlərinə görə, qanuni hakimiyyət ilə mübarizədə müxalifətin məğlubiyyətinin əsas səbəbi ölkə hərbçilərinin hazırkı lideri dəstəkləmələri olub.
 
O, hərbçilərin müxalifət tərəfə keçəcəyinə və Maduronun baş verənlər fonunda istefa verəcəyinə ümid etdiyini, lakin bunun baş vermədiyini bildirib.