QƏTƏRİ BU SƏBƏBDƏN İŞĞAL EDƏCƏKDİLƏR - ABŞ-dan yaşıl işıq gözləyirdilər...

Baxış sayı:
6517

Muxalifet.az xəbər verir ki, Qətər dövlətinin baş nazirininin ikinci müavini Əl-Atıyye, ölkəsini blokadaya salan dövlətlərin niyyətinin dünyadakı ən böyük təbii qaz ehtiyatlarına malik olduğuna görə Qətəri işğal eləmək olduğunu bildirib.
Qətərin baş nazirinin ikinci müavini, əvvəllər enerji və sənaye naziri olmiş Əl-Atıyye “Lusail” qəzetinə müsahibə verib. O, Qətərin blokadaya alındığı Körfəz böhranının əsas hədəfinin terrorla heç bir əlaqəsi olmadığını deyib: “BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu qəti şəkildə bilirlər ki, Qətərin terrorla heç bir əlaqəsi yoxdur. Blokada edən ölkələr təbii qaz ehtiyatlarına görə bizi işğal eləmək niyyətində idilər. Blokada ölkələri bu planın həyata keçməsi üçün ABŞ-dan yaşıl işıq gözləyirdilər”.