Qətərdən Səudiyyə ilə bağlı gözlənilməz qərar

Baxış sayı:
2545

2017-ci il 5 iyun tarixindən etibarən Ər-Riyad hökuməti və müttəfiqləri tərəfindən təcrid edilən Qətər Səudiyyə Ərəbistanında baş tutacaq Körfəz Əməkdaşlıq Şurasına nazir səviyyəsində qatılacaq.

“Milliyet”in verdiyi xəbərə görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi Tvitter mikrobloqunda yerləşdirilən açıqlamada bildirilir.

Qeyd edək ki, Qətər əmiri Şeyx Təmim bin Haməd Əl Sani ötən gün zirvədə iştirak etməyəcəyini bildirmişdi.

Xatırladaq ki, 25 may 1981-ci il tarixində qurulan birlik Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman dövlətlərindən ibarətdir.