Qətər XİN: "Dialoqa hazırıq"

Qətər bir sıra ərəb ölkələri ilə münasibətlərdə yaranmış böhranın həlli üçün dialoqa hazırdır.
 
Bunu Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman bin Casim Al Tani deyib.
O qeyd edib: "Region ölkələri superdövlət deyillər ki, problemləri hərbi yolla həll etsinlər".
Nazir əlavə edib ki, Qətər terrorizmi dəstəkləmir.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.
Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv və Mavrikiy də qoşulub.