Qətər tələblərlə bağlı danışıqlara hazırdır - RƏSMİ AÇIQLAMA

"Tələblər real və həyata keçirilə bilən olmalıdır"
 
Qətər məqsədəuyğun və dəlillərlə olacağı təqdirdə, ərəb ölkələrinin tələblərinə dair danışıqlara hazırdır.
Muxalifet.az TASS-a istinadən xəbər verir ki, "Al Jazeera" telekanalının çərşənbə axşamı yaydığı məlumata görə, bunu Vaşinqtonda səfərdə olan Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl-Tani deyib.
"Tələblər real və həyata keçirilə bilən olmalıdır, əks halda onlar rədd ediləcək. Blokadada iştirak edən ölkələrin irəli sürdükləri tələb deyil, sübutlarla əsaslandırılmayan ittihamlardır. Danışıqlar üçün qarşı tərəfin həqiqi istəyi və tələbi təsdiq edən sübutları zəruridir", - deyə o əlavə edib.