Qətər OPEK-dən çıxır

Baxış sayı:
4468

Qətərin energetika naziri Saad al-Kaabi Dohada etdiyi mətbuat açıqlamasında, Qətərin 2019-un yanvarında Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEK) ayrılacağını açıqlayıb.
 
OPEK-dən çəkilmə qərarının bu səhər təşkilata bildirildiyini deyən Kaabi, Qətərin 57 ildir OPEK-ə üzv olduğu üçün bu qərarı verməyin asan olmadığını deyib.
Al Jazeera-nın bildirdiyinə görə, Saad al-Kaabi, OPEK-dən çəkilmə qərarının Qətərin növbəti illərdə qaz hasilatını ildə 77 milyon tondan 110 milyon tona çıxarmaq istəyinə əsaslandığını bildirib.
Qətər həm daxildə, həm də xaricdəki fəaliyyətlərində böyümə və genişlənməyə faydalı gələcəyə yönəlik bir strategiya inkişaf etdirmək üçün son bir neçə il içində diqqətlə çalışdı" deyən Kaabi, Qətərin inkişaf strategiyasına çatması üçün lider qaz istehsalçısı mövqeyini qorumağa və möhkəmləndirməyə diqqət yetirmələri lazım olduğunu ifadə edib.
Qətər dünyanın ən iri mayeləşdirilmiş təbii qaz (LNG) istehsalçısı mövqeyində yerləşir. Dünya LNG tədarükünün təxminən 30 faizini ödəyir.
 
OPEK
 
OPEK, 9-14 sentyabr 1960-cı ildə Bağdadda toplanan konfrans nəticəsində qurulan, dünya neft ehtiyatlarının üçdə ikisini əllərində saxlayan 12 ölkənin yaratdığı bir konfederasiyadır.
OPEK-in qurucu üzvləri Səudiyyə Ərəbistanı, İran, Küveyt, İraq və Venesueladır. Təşkilata sonradan Qətər (1961), Ubya (1962), İndoneziya, (1962) Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992) və Qabon (1975-1994) daxil olmuşdur.
Müxalifət.az