"Qətər əmiri ABŞ-a getsəydi, çevriliş olacaqdı" - ŞOK İDDİA

Qətər əmiri Tamin bin Həmad əl-Sani ABŞ Prezidenti Donald Trampın dəvətini qəbul edib oraya getsəydi, ya çevriliş olacaqdı, ya da Səudiyyədə edildiyi kimi zorla silah almağa məcbur ediləcəkdi.
 
Bu sözləri AKP-nin İstanbuldan seçilən deputatı Burhan Kuzu Tvitter hesabında yazıb.
Qeyd edək ki, 7 körfəz ölkəsinin Qətərlə diplomatik əlaqələri kəsməsindən sonra Ağ Ev rəhbəri Donald Tramp əmir Əl-Sanini ölkəsinə dəvət etmişdi.