Qətər MEYDAN OXUDU: "ƏGƏR BİZ ZƏRƏR GÖRSƏK..."

“Bir çoxları itirən tərəfin yalnız biz olmayacağımızı düşünür. Biz bir dollar itirsək, onlar da bir dollar itirəcəklər”.
Muxalifet.az xəbər verir ki, bunu bir sıra ərəb ölkələrinin Qətərə qarşı tətbiq etdiyi embarqonu şərh edən ölkənin maliyyə naziri Əli Şerif əl-Emadi deyib.
Onun sözlərinə görə, ölkənin iqtisadiyyatı və milli pul vahidi Qətəri embarqolardan asanlıqla qoruyacaq.
Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan etdi. Onlar qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar. Ardınca Liviya, Yəmən, Maldiv adaları, Mavrikiy və Mavritaniya Qətərlə diplomatik əlaqələrin dayandırıldığını açıqlayıb. Ölkələr həmçinin hava məkanlarını Qətər üçün bağlı elan ediblər.