Qətər böhranının “təxribatçısı” tapıldı

Qətərin dövlət informasiya agentliyinə kiber hücumun arxasında Birləşmiş Ərəb Əmirlikləri dayanır.
 
Bu barədə The Washington Post Amerikanın kəşfiyyat təşkilatlarına istinadən məlumat yayıb.
Kiber hücum nəticəsində xəbər agentliyinin lentində qurama məlumat dərc olunmuşdu. Bu məlumat bəzi ərəb ölkələri ilə Qətər arasında siyasi böhranın yaranmasında qismən rol oynamışdı.