Qətər böhranında Küveyt geri addım atdı

Küveyt Qətərə tətbiq edilən embarqoya görə çətin vəziyyətdədir.
 
Bu sözləri Küveyt Xarici İşlər naziri Şeyx Sabah Xalid əs-Sabah mətbuata açıqlamasında söyləyib.
Qətərin Körfəz ölkələri ilə yaşadığı böhranın danışıqlar yolu ilə həll edilməli olduğunu söyləyən xarici işlər naziri Küveyt əmirinin bu gərginliyi aradan qaldırmaq üçün Səudiyyə Ərəbistanına, BƏƏ və Qətərə səfər edərək danışıqlar apardığını bildirib.
Qeyd edək ki, Qətər ilə diplomatik əlaqələrini kəsdikdən sonra Küveytin əsas problemi mayeləşdirilmiş təbii qazla (LNG) əlaqədar yaranıb. Küveyt buna görə ABŞ və Rusiyadan asılı vəziyyətə düşüb.