Qətər böhranında geri addım - Hava məkanı açıldı

Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hava məkanının bir hissəsini Qətər üçün açmağı qəbul etdiyini bəyan edib.
 
Bu haqda Beynəlxalq Mülki Aviasiya Təşkilatından (ICAO) bildirilib.
Qətərin şikayətindən sonra ICAO Şurası ötən ayında sonunda Kanadanın Monreal şəhərində fövqəladə toplantı keçirib. Təşkilat hava məkanını Qətər üçün bağlayan ölkələri Çikaqo Konvensiyasına riayət etməyə çağırıb.
Xatırladaq ki, Qətər və bəzi ərəb ölkələri arasındakı böhran iyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirin Qətər ilə bütün diplomatik əlaqələri kəsməsi ilə başlanıb. Qətəri terroru maliyyələşdirməkdə ittiham edən 4 ölkə əlaqələrin normallaşması üçün Dohaya 13 maddəlik tələblər siyahısını təqdim edib. Qətər isə beynəlxalq hüquqa zidd olduğu üçün heç bir tələbin qəbul edilməyəcəyini açıqlayıb.