Qəssam Briqadalarından İsrailə TƏHDİD: BƏDƏLİNİ ÖDƏYƏCƏKSİNİZ

Baxış sayı:
4984

Həmasın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları, İsrailin Qəzzaya təşkil etdiyi son hava hücumlarının əvəzini ödəyəcəkləri ilə təhdid edib.
 
Qəssam Briqadalarından edilən yazılı açıqlamada, İsrailin Qəzzada qaydaları pozduqları üçün bunun əvəzini ödəyəcəkləri qeyd olunub.
“Önümüzdəki günlərdə düşmənə nə böyük səhv etdiyini, idarəçilikdən nə qədər pis istifadə etdiyini və müqavimətin əzmini göstərəcəyik" kimi fikirlərin yer aldığı açıqlamada, Qəzzadakı Fələstin müqavimət qrupları ilə mübarizə aparan düşmən qüvvələrin rəhbərləri və qərar orqanlarının nə qədər yanlış addım atdıqlarını və düşmənin peşman ediləcəyi qeyd edilib.
Bəyanatda həmçinin, Fələstin xalqının və mücahidlərin qanlarının boşa getməyəcəyi vurğulanıb.
İsrailin, mühasirə altındakı Qəzza zolağına təşkil etdiyi son hava hücumlarında 20 yaşlı fələstinli Abdullah əl-Aatl ilə 30 yaşlı Məhəmməd əs-Safedi şəhid olmuş, 15 nəfər yaralanmışdı.
Müxalifət.az