“Qəsdən sevgi mesajı yazdım, məqsədim…” - Qudası ilə qaçan kişidən ETİRAF / FOTOFAKT

Baxış sayı:
6844

Son günlər ölkə gündəmini zəbt edən qudaların qoşulub qaçması xəbərinin iştirakçılarından biri ATV-də yayımlanan Zaur Baxşəliyevin aparıcısı olduğu "Bizimləsən" verilişinə gəlib.

"Yeni Sabah" xəbər verir ki, qızının nişanı pozulan və qudası ilə qaçdığı deyilən Rizvan canlı efirdə hadisə barəsində danışıb. O, özünü günahkar bilmədiyini və deyilənlərin yalan olduğunu bildirib:

"Sosial şəbəkələrdə belə bir xəbər yayıldı. Yanında 18 yaşında olan bir qadını necə qaçırtmaq olar? Bu ağ yalan idi. Bu yalanlar 45 ildə qazandığım hər şeyi əlimdən aldı. İllərlə dost, qardaş dediyim insanlar mənim yanımda olmadı. Onlar özlərinə görə haqlı idilər. Mən əzəldən bu nişanın pozulmasını istəyirdim. Qızımın nişanlı olduğu müddətdə qudalarım arasında, yəni ər-arvad arasında heç bir mehribançılıq görmədim.

Rizvan qudasının onunla birgə kənddən getməsinə aydınlıq gətirib:

"Yaqut haqqında kənddə irəli-geri söhbətlər gəzirdi. Mənim gücüm qızımı ayırmağa çatırdı, amma onun ürəyinə gücüm çatmırdı. Onları ayırmaq üçün və qudamın yaxşı yolun yolçusu olmadığını sübut etmək üçün qadına risk edib sevgi mesajı yazdım. O da buna qarşılıq verdi. Bununla da ətrafıma bəzi şeyləri sübüt etdim. Hər bir insan sağlam insanla yan-yana durmaq istəyir".

Xatırladaq ki, ötən gün Rizvanla qaçdığı deyilən Yaqut da iki oğlu ilə birgə verilişə gəlmiş və belə bir məsələnin olmadığını demişdi.