“Qəsdən koronavirusa yolxumaq istəyirdim” – Vladimir Zelenski

Baxış sayı:
1628

Ukrayna Prezidenti Vladimir Zelenski qəsdən koronavirusa yoluxmaq istədiyini söyləyib.

V.Zelenski bu barədə “Ukrainska pravda” qəzetinə müsahibəsində bildirib.

“Bunu öz üzərimdə yaşamaq istəyirdim. Köməkçilərimə söylədim ki, istəyirəm xəstələnim, təcrid olunum, sağalandan sonra isə hamı bunun elə də qorxulu virus olmadığını görsün. Amma sonda buna getməkdən imtina etdik. Ailəm də məni bağışlamazdı, deyərdilər ki, ağlını itirib”, – o deyib.

Qeyd edək ki, Ukraynada son məlumatlara görə, 27 462 yoluxma hadisəsi təsdiqlənib, 12 mindən çox xəstə sağalıb və 797 nəfər ölüb./report