QRU Saakaşvilini 17 oktyabrda öldürəcək – ŞOK İDDİA

Mixail Saakaşvili oktyabrın 17-də öldürülə bilər. 
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Krım tatar televiziyası olan ATR-in Baş direktor müavini Ayder Mujdabayev paylaşıb. 
“Onu Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) xəfiyyələri izləyir və Moskvadan əmr alacaqları halda onlar öz işlərini görəcəklər. Əmrin veriləcəyi hələ sual altındadır. Əgər əmr verilsə, o zaman günahın Ukrayna hakimiyyətinin və dolayısı yolla Prezident Poroşenkonun üzərinə atılması cəhdi olacaq. Bizim prezidentin yerinə olsaydım, mən indi Saakaşvilinin təhlükəsizliyinin qayğısına qalardım”, – deyə o bildirib.