“QRU rəhbəri Serqun Moskvada deyil, Livanda ölüb” - Trampın sabiq müşaviri

Baxış sayı:
4618

“QRU-nın keçmiş rəhbəri İqor Serqun Livanda ölüb”.

Muxalifet.az strateq.az-a istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın sabiq milli təhlükəsizlik müşaviri Maykl Flinn FTB-də istintaqa verdiyi ifadələrdə bildirib.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin rəisi İ.Serqunun Moskva yaxınlığındakı bir istirahət evində xəstəlikdən vəfat etdiyini açıqlayıb.

Flinnin ifadəsi 2017-ci ilin yanvarında qeydə alınıb və yalnız indi üzə çıxır.

O bu ifadəni sabiq rus səfiri Sergey Kislyakla əlaqələri barədə suala cavab verərkən işlədib.