​QRİQORİ KARASİN BAKIYA GƏLİR

Baxış sayı:
6958

Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin bu həftə Azərbaycana səfər edəcək.
Rusiyanın Azərbaycandakı səfirliyindən Report-a verilən məlumata görə, Q.Karasin mayın 10-da Bakıda "Heydər Əliyev: Şəxsiyyət. Missiya. İrs" adlı Rusiya-Azərbaycan tarixi-sənədli sərgisinin açılışına qatılacaq.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti və Rusiya Federasiyasının Prezidenti administrasiyaları tərəfindən keçiriləcək.