Qriqol Vaşadze Kutaisidə baş verənlərlə əlaqədar mətbuat konfarnsı keçirib

Baxış sayı:
4924

Vahid Milli Hərəkat" (VMH) partiyasının sədri Qriqol Vaşadze bu gun Kutaisi şəhərində əllərində yumurta və süpürgələrlə VMH partiyasının binası qarşısına toplaşan hakim "Gürcü Arzusu" partiyasının tərəfdarları və müxalifət tərəfdarları arasında yaranmış növbəti gərginlik barədə mətbuat konfransı keçirib. Muxalifet.az xəbər verir ki, müxalifət lideri baş verən hadisələrlə əlaqədar hakim partiyanı ittiham edib. "Kutaisidə kütləvi ümidsizlik hökm sürür. Bu o şəhərdir hansı ki, artıq boşalıb. Aksiyaya dövlət sektorunda çalışanları gətirərək VMH partiyasının ofisi qarşısında qışqırdırlar. Hakimiyyət bizləri qeyri sivil yollara məcbur edir. Ancaq biz bunu etməyəcəyik Heç bir vətəndaş qarşıdurması yaşanmayacaq və biz etirazımızı dinc yolla davam etdirəcəyik",-deyə Qriqol Vaşadze bildirib. Muxalifet.az