"İş Qriboyedovda deyil, Rusiyanın nalayiq siyasətindədir..." - Ermənilər qəzəb içində

Baxış sayı:
7396

Rusiyada indi əsl anti-erməni ab-hava başlayıb. Ölkənin KİV-ləri dayanmadan “İrəvanda rus şairi, dramaturq və diplomatı Aleksandr Qriboyedovu təhqir etdiyi” haqda zəng vururlar. Sanki iki ölkə arasında baş verənlərin səbəblərini başa düşmürlər. Baş verənlərin adı isə - “dərin krizisdir”.  Ermənilər Rusiyanın Armavir şəhərində erməni faşist Qaregin Nijdenin xatirə lövhəsinin ləğv edilməsindən sonra İrəvanda rus şairi Aleksandr Qriboyedovun qırmızı rənglə boyadılması ilə cavab verdilər və bu kifayət qədər səs-küy yaratdı. 

Muxalifet.az bu barədə "armenianreport" saytına istinadla xəbər verir.
Əlbəttə, Amavirşəhər dumasının deputatı Aleksey Vinoqradovun 12 noyabrda erməni icmasının səyləri ilə Qaregin Nijdenin şərəfinə açılmış xatirə lövhəsini qara rəngdə boyamasından sonra necə ola bilərdi ki? O lövhəni bu adam qurmuşdu ki, belə etməyə haqqı olsun? Bu rus vandalına söz deyən də olmadı. Çünki, bu vandalizm aktının səbəbi bütün bu anti-erməni təbliğatını başladan Vladimir Putindir.
Putn Rusiyasında heç kim yuxarıdan icazə almamış nəsə edə bilməz. Nijdenini xatirə lövhəsinin sökülməsi də, qara rənglə rənglənməsi də - ona görə baş verdi ki, buna Kremldən icazə alınıb. Qriboyedovun heykəlini qırmızı rəngə boyayan Şaqen Arutunyan öz addımını erməni hökumətinin rus deputata cavab verməməsi və susması ilə izah etdi. Həmçinin bunu 2 dekabrda – Ermənistanın bolşevikləşdirilməsi günü və Rusiya XİN Lavrovun Bakıya səfəri zamanı etməkdə də haqlıdır.

Hakimiyyətdəkilərin Şaqenin etdiyinin “erməni cəmiyyətində neqativ qarşılandığını” israrla deməsi onların necə qorxaq, yalançı, fərasətsiz olduğunu göstərir. Lavrov Paşinyan KTMT ölkələrini Azərbaycana silah satmamağa çağırdıqdan sonra, Moskva və Bakının hərbi-texniki sahədə strateji partnyor olduğunu elan etdi. Yəni, Lavrov açıq şəkildə öz “strateji tərəfdaşına” deyil, bizim düşmənimizin əlinə oynayır. Hansı həddlə? Belə açıqca xəyanətkarlıq necə ola bilər?
Səbəb odur ki, biz Rusiyanın hərəkətini Paşinyanın tənqid etməsini görmədik. Həmçinin, o, Lavrovun da Bakı bəyanatına münasibət bildirmədi. Lavrov Azərbaycan və erməni jurnalistlərinin mübadilə səfərinə belə münasibət bildirdi: “Rusiya yalnız bu təşəbbüsün müəllifi idi. Düşünürəm ki, bu çox vacibdir. Qərar isə bu torpaqda yaşayan insanlar tərəfindən verilməlidir. Mən bu münasibətlərin bərpasının lehinəyəm. İstənilən qərar Azərbaycan, Dağlıq Qarabağ və Ermənistan əhalisi tərəfindən verilməlidir”.
Lavrova “Dağlıq Qarabağ əhalisi”-nin (qondarma-m) adından danışmaq səlahiyyətini kim verib? Kim Rusiyaya bizim yerimizə qanla alınmış torpaq barədə qərar vermək hüququnu verib? O, hansı təmaslardan danışır? Ramil Səfərovu və Mübariz İbrahimovu qəhrəman edənlərlə təmasından?! "Kədərli at" açıq şəkildə öz adından danışmır, lakin bu ona haqq qazandırmır. Lavrov, Dağlıq Qarabağın təslim olmaq ideyasını irəli sürən rus diplomatı olaraq tarixə düşməyə razı oldu, lakin əlbəttə ki, ona bunda az iş düşür.
Əvvəlcə Nikol Paşinyandan soruşmaq lazımdır. Çünki o, Rusiyanın açıq-aşkar azərbaycanpərəst mövqeyinə etiraz etmir. Əksinə, o, Ermənistan-Rusiya münasibətlərinin “parlaq” durumunu car çəkərək, bizə yalan danışır. Bundan əlavə, bir müddət əvvəl Serj Sarkisyanın bəzi azad edilmiş əraziləri təslim etməyə hazır olması barədə uydurma ilə çıxış edərək özü də Kremlin siyasətini həyata keçirir.

Baş nazirin qərarı ilə Ermənistan nümayəndə heyəti Azərbaycana yola düşəcəkdir. Bu rəsmillər, Armen Simonyan, Arman Karapetyan və Ermənistan XİN-dən Artem Aznauryan Bakıya gələcəklər.
Nümayəndə heyətinin TRASEKA-nın 14-cü iclasında və 4-7 dekabr tarixlərində qurumun 20 illiyinə həsr olunmuş konfransda iştirak edəcəyi bildirilir.
Heyətimizi Bakıya göndərməyin rəsmi səbəbini tapmaq çətin deyil. Burada əsas şey həmişə respublika rəhbərliyinin siyasi istəyinin olmasıdır. Daha əvvəl belə olmamışdı.
İndi Paşinyanın Kremldə yazılmış və Lavrov tərəfindən səsləndirilən qaydalarla oynadığını görürük. Baş verənlərin hamısını görən Ermənistan vətənpərvərləri nə etməlidir? Ermənistanın və Qarabağın maraqlarına xəyanət etmək siyasətinin qarşısını almaq üçün əlimizdə hansı mexanizmlər var ?! Bunun üzərində düşünmək lazımdır.
Əlbəttə, iş yalnız Griboyedovda deyil, Rusiyanın nalayiq siyasətindədir.
Muxalifet.az