​Qəribə olay: MKİ iti işdən azad etdi

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsində Lulu adlı it işə marağını itirdiyinə görə işdən azad olunub.
Bu barədə idarənin rəsmi saytında məlumat yer alıb. İtin partlayıcı qurğuların araşdırılmasına marağını itirdiyi, kinoloqların onu oyunlarla belə motivasiya edə bilmədiyi deyilir:
 “İstintaq xidmətinin məşqçiləri üçün itlərin öz işini sevməsi mütləqdir. Bəzi hallarda onlar partlayıcı qurğuların axtarışı işinin onlar üçün olmadığını aydın başa sala bilirlər”.
Adətən belə hallarda heyvanla işləyən kinoloq onu evə aparır. MKİ-nin məlumatına görə, eyni hadisə Lulu ilə də baş verib. Hazırda Lulu sahibinin uşaqları ilə oynayır, dovşanların arxasınca qaçır.