Qəribə inanclar: açarla fahişəliyin əlaqəsi, üçlükdə şəkil çəkdirmək qorxusu...

Baxış sayı:
6990

Bir çox xalqların inancına görə, cümə günü və 13 rəqəmi nəhs hesab edilir. Bunu çoxumuz bilirik. Amma dünya xalqlarının uğursuzluqla əlaqələndirdikləri elə qəribə inanclar var ki, bəziləri təəccüb, bəziləri gülüş doğurur.

Muxalifet.az qaziler.az-a istinadən dünya xalqlarının uğursuzluqla bağlı inanclarını təqdim edir: Rusiyada və ona qonşu ölkələrdə ənənəvi olaraq hesab edilir ki, duzun dağılması mübahisəyə, tərs geyinilən paltar dava-dalaşa, boş vedrə ilə qarşıya çıxan qadın və ya qara pişik uğursuzluğa səbəb olur. Güzgünün qırılması isə ən böyük bəlaya gətirib çıxarır. Mənzildə fit çalmaq olmaz, ruzi kəsilər.

Litvada da evdə fit çalınmasının əleyhinədirlər, çünki "şeytanı çağırırsan".

İngiltərədə pis uğursuzluqla bağlı inancların siyahısı uzundur. Onların arasında ən məşhuru isə nərdivanın altından keçmək, uçan sağsağan və ya yarasa görmək, yenicə alınmış çəkməni stolun üstünə qoymaq, evin həyətində deyil, küçədə yağış altında çətir açmaq və s. Yeri gəlmişkən, ingilisdilli mədəniyyətdə də həmçinin qara pişiyi və güzgü qırılmasını sevmirlər - sonuncu 7 illik uğursuzluğun səbəbi sayılır.

İtaliyada da quşları sevmirlər - istənilən quşun evə girməsi uğursuzluqla əlaqələndirilir. Ən pis əlamət isə yolda qarşı tərəfdən gələn rahibədir.

Asiya

Yaxın Şərqin bəzi xalqlarının fikrincə, qayçını boş yerə açıb-bağlamaq pis əlamətdir. Misirdə zənn edirlər ki, ümumiyyətlə qayçını açıq vəziyyətdə qoymaq olmaz. Uzaq Şərqdə isə günəş batandan sonra dırnaq tutmaq tövsiyə olunmur. Belə bir qadağa Hindistanda da var.

Qəribədir ki, Çində 4 rəqəmindən ölümdən qorxan kimi qorxurlar. Bəzi ərəblər evdə hörümçək öldürməyi yaxşı əlamət saymırlar.

Vyetnamda imtahan qabağı, yoxlama və ya imtahana oxşar vacib işlərdən öncə banan yemək qəti olmaz! Əks təqdirdə iflas qaçılmazdır.

Yaponlar qırıq daraqdan qaçmağa çalışır (dərhal atırlar), bədbəxt və ya kasıb adamın yenicə durduğu oturacaqda oturmur, üçlükdə şəkil çəkdirmirlər.

Çexiya

Burada müxtəlif pivənin bir qədəhdə qarışdırılması uğursuzluğa yozulan inanclardandır. Bəziləri inandırmağa çalışır ki, bu, uğursuzluğu təqib etməkdir. Başqaları isə izah edir ki, bu cür qarışıq belə demək mümkünsə, qarında "konflikt" yaradır, bu isə "əsl" bədbəxtlikdir.

Yunanıstan

 

Bu ölkədə çərşənbə axşamı 13 rəqəmindən də dəhşətli hesab edilir. Düzdür, indi bu gündən 200 il bundan əvvəl olduğu qədər qorxmurlar. O vaxt özünə ölümcül yara vurmamaq üçün həmin gün üz qırxmaq belə olmazdı. Amma indi də əgər 13 rəqəmi çərşənbə axşamına düşürsə yunanlar özlərini narahat hiss edirlər.

Çərşənbə axşamını bir çox latınamerikalılar da sevmir. Ənənəvi olaraq həmin gün toy təyin olunmur, layihələrə başlanılmır, avtomobil alınmır. Ən yaxşısı odur ki, həmin gün evdə oturasan, buna isə heç kim əməl etmir.

Yunan uşaqları inanır ki, hər hansı sözü eyni zamanda söyləmək mübahisəyə səbəb olur. Yarasanı öldürmək, açıq mavi gözlü insanla rastlaşmaq, döşəmədə ayaqqabının altlığı yuxarıya doğru düşməsi xoşagəlməz əlamətlərdən sayılır.

İsveç

İsveçlilər açarı stolun üstünə qoymaqdan çəkinirlər. Maraqlıdır, məsələ ondadır ki, bu jestdən nə vaxtsa müştəri cəlb etmək üçün fahişələr istifadə ediblər. Anlaşılmazlıq yaranmasın deyə digərləri belə etməməyə çalışıblar. İndi adət yox olsa da stolun üstünə açar qoymamaq vərdişi hələ də qalmaqdadır.

Almaniya

Kimisə, xüsusilə uşaqların ad gününü vaxtından əvvəl təbrik etmək heç də yaxşı əlamət sayılmır. Bu, hətta təhlükəli hesab edilir: uşaq üçün mütləq uğursuzluq gətirər.

Fransa

Fransızlar it təzəyini təsadüfən sağ ağaqla tapdamaqdan çox qorxurlar. Belə etmisənsə səninki gətirməyəcək! Əgər düşünürsüz ki, bu, pis qoxu ilə bağlıdır, xeyr. Əksinə, təzəyin sol ayaqla tapdanması gələcək uğurdan xəbər verir.

Latın Amerikası

Braziliyada cırılmış pul kisəsi pis əlamət hesab olunur: böyük maliyyə xərci və hətta heç nədən pul itkisi...

Haitidi qızlara gecə ev süpürməmək və heç bir halda diz üstə hərəkət etməmək tapşırılır. Bu, ananın ölümünə gətirib çıxarar...