Qərbli XRİSTİAN DÖYÜŞÇÜLƏRƏ PKK-dan SOYUQ DUŞ

 PKK/PYD terror təşkilatı, təşkilatdan ayrılmaq istəyən ABŞ-lı terrorçuları həbs edib.
 
Müxalifət.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, PKK-ya qatılan AMERİKALI əsgərlərə təşkilatdan ayrılmaq istəyincə, terroçular soyuq duş effekti yaradıblar.
 

PKK-ya qatılanlardan birinin adı Kevin Hovard. 28 yaşında keçmiş bir ABŞ əsgəridir. 1 ildir ki, Suriyada PKK-nın qolu olan PYD terror təşkilatı sıralarında terror fəaliyyəti göstərirdi.
  İyul və avqust aylarında bir çox Amerikan və İngilis qəzetinə müsahibələr verməklə, terror təbliğatı aparırdı.
 

 Bunun adı da Teylor Hudson. O da Amerikanın keçmiş bir əsgəridir. Kevin Hovardla bərabər Amerikadan  Suriyaya gəlib və PYD-nin tərkibində terrorçuluq edib.
 
 İKİSİ DƏ TƏŞKİLATDAN AYRILMAQ İSTƏDİ, AMMA İCAZƏ VERİLMƏDİ
 
 Bu iki Amerikalı, Kevin Hovard ilə Teylor Hudson oktyabr ayının əvvəlində Deyruzzor və Rakkada PYD ilə birlikdə keçirilən hərbi əməliyyatlarda iştirak etmək istəmədiklərini deyiblər.
Amerikalı döyüşçülər 1 illik macəradan sonra ölkələrinə qayıtmaq qərarı alıblar və bunu PYD-nin silahlı qanadı YPG-yə bildiriblər.
 Ancaq terror təşkilatı iki Amerikalının təşkilatdan ayrılmasına icazə verməyib.
 
 BÖLGƏDƏKİ ABŞ BAZASINA APARILIBLAR
 
 2 Amerikalı PYD terror təşkilatıyla birlikdə çalışan regiondakı Amerikan Xüsusi Qüvvələrinə təhvil verilsə də, amerikalı komandan keçmiş hərbçi olan və PYD terror təşkilatında döyüşən bu iki terrorçunun Suriyadan ayrılıb, ABŞ-a qayıtmaq tələbinə məhəl qoymayıb.
 
 PYD TƏRƏFİNDƏN HƏBS Ediliblər
 
 Suriyadakı Amerika bazasından çıxarılan 2 amerikalı terrorçu, PYD-yə təhvil verilib.
 PYD terrorçuları isə bunları Hasekeye bağlı Tel Təmirdə yerləşən PYD qərargahında həbsə atıb.
 
 XİLAS OLMAQ ÜÇÜN YALVARMIŞLAR
 
 Kevin Hovard, PYD-yə qoşulduqdan sonra Qana Harlly kod adını istifadə etməyə başlayıb. O adla açdığı sosial media hesabından 10 oktyabrda son bir paylaşım edib, "PYD-dən ayrılmaq istədiyini, ancaq zorla saxlanıldığını" deyib, mesajı oxuyanlardan bunu yaymalarını və onunla həbsdə olan Teylor Hudsona kömək etmələrini istəyib.
 Sosial mediaya yazdığı mesajı telefonundan da yaxın dostlarına göndərib.
 Yaxınlarının dediyinə görə, terror təşkilatından ayrılmaq istəyən 2 döyüşçü, PYD terrorçuları ilə Amerikalı komandirlərə sərbəst qalmaları üçün yalvarmışlar, amma nəticə olmayıb.
 
 PYD-yə GİRİŞ VAR, ÇIXIŞ YOXDUR MESAJI
 
 Suriyada müsəlman torpağında terror həyata keçirən PYD terror təşkilatı, İslam düşmənçiliyi də tanınır. İşğal etdikləri şəhərlərdə daha əvvəl Cümə xütbələrini qadağan edən PYD terror təşkilatı, əsasən döyüşçü ehtiyacının böyük əksəriyyətini Amerika və Avropa ölkələrindən təmin edir. Təşkilatın daxilində Kevin Hovard ilə Teylor Hudson kimi minlərlə Qərbli Xristian döyüşçülər vardır. Bunların çoxu keçmiş hərbçilərdir. Nə dinləri, nə də dilləri ilə Suriya, onun xalqı ilə uyğun olacaq heç nəyi yoxdur.
 Amma buna rəğmən PYD terror təşkilatının Xristian döyüşçüləri Suriyada ABŞ-la ittifaqda torpaqları işğal etməkdə davam edir.
  Bu son hadisə, yəni Kevin Hovard ilə Teylor Hudsonun təşkilatdan ayrılmalarına icazə verilməməsi isə PYD-nin əsl üzünü Qərb döyüşçülərinə göstərmiş oldu.
 Macəra olsun deyə, ölkələrindən  durub Suriyaya gələn bu terrorçular, terror təşkilatına girişin olduğunu, amma çıxışın olmadığını anlasalar da, artıq onlar üçün də çox gecdir.
  Çünki terror təşkilatının düşünən ağlı ABŞ olduğu üçün, orada da MKİ-nin qanunları keçir. Onsuz da təşkilat içərisində MKİ agentlərinin olduğu heç kimə sirr deyil.
Müxalifət.az