Qərbin Türkiyəni MÜDAFİƏSİZ BURAXMAQ PLANI

Türkiyənin son dövrdə müdafiə sənayesinə qarşı həyata keçirilən embarqoların yeganə məqsədi müdafiəsiz və Qərbə möhtac bir Türkiyə yaratmaqdır.
 
Türkiyənin terrorla mübarizədə göstərdiyi qətiyyət və Yaxın Şərqdə oynanan oyunları pozacaq həmlələri planları alt-üst olan ABŞ və Aİ Türklərə mane olmaq üçün hər cür sahədə müxtəlif embarqo və sanksiyaları işə salır.
 
 S-400 HƏMLƏSİ İLƏ ÇILĞINA DÖNDÜLƏR
 
 Türkiyənin S-400 həmləsi ilə çılğına dönən ABŞ və Aİ Türkiyəyə mane olmaq üçün üstüörtülü yeni embarqoları işə saldı. Türkiyəyə kritik sursat və ehtiyat hissələri satmamaqla embarqonu başlayan Almaniya, sonradan ABŞ-ın iştirakı ilə bu proses davam etdi. Bu dəfə Türkiyə İHA-larda istifadə etmək məqsədi ilə ABŞ-dan kameralar almaq istədikdə, Vaşinqton da embarqo tətbiq etməyə başladı.
S-400 raket müdafiə sistemləri ilə bağlı fərqli bir təhlükə də NATO-dan gəldi. NATO Hərbi Komitəsinin sədri Petr Pavel isə “Türkiyə S-400 ala bilər, amma nəticələrinə da dözmək məcburiyyətində qalar” - dedi.
 
 YEGANƏ MƏQSƏDLƏRİ MÜDAFİƏSİZ TÜRKİYƏ BURAXMAQDIR
 
 "Qara siyahı" təzyiq mexanizmini bu dəfə S-400 raketləri üçün dövrəyə buraxan Amerika, bu addımla Türkiyəni havadan müdafiəsiz qoymaq və Qərbdən asılılığını davam etdirməyi istəyir.
Türkiyə Çin yaxud Rus raket sistemlərini almamışdan əvvəl ABŞ-dan Patriot sistemlərini almaq istəsə də, Amerika müxtəlif çətinliklər yaratmışdı. Patriotu Türkiyəyə hədsiz baha qiymətlərə satmaq istəməklə bərabər, Türkiyənin texnologiya transferi tələblərini də rədd etmiş və Türk mühəndislərin heç bir şəkildə sistemə müdaxilə etməyəcəyi zəmanəti istəmişdi. Üstəlik, Patriot batareyalarının harada, nə vaxt, kimə qarşı istifadə edildiyinin açıq siyahısını tələb kimi qoymuş, istifadə müddəti sona qədər istifadə olunmayan batareyaların ekstradisiya edilib, yüksək qiymətlərə yenilərinin alınması istənmişdi.
Amerikanın keçmişdən bu günə Türkiyənin uzun mənzilli hava müdafiə sistemlərini əldə etməsinə əngəl olmasının iki əsas səbəbi vardır: birincisi, Türkiyənin Qərbdən asılılığının davam etdiilməsi, ikincisi də Türkləri müdafiəsiz qoymaqla özlərinə daim möhtac vəziyyətdə saxlamaqdan ibarətdir.
Qeyd edək ki, Türkiyə, Suriya sərhədindən gələn İŞİD təhdidi qarşısında qaldığı zaman belə NATO çətirini təmin edə bilməmişdi və min bir çətinliklə Avropadan gətirilən Patriotlar isə istifadə edilmədən geri qaytarılmışdı.
Müxalifət.az