Qərbin İŞID planında yer alan hədəf - TÜRK DÜNYASI - 2015-ci ildən sonra baş verənlər...

Baxış sayı:
641

Mövzunun aktuallığını nəzərə alıb 09.27.2015-ci ildə qələmə aldığımız yazını təkrar oxucularımızın diqqətinə çatdırırıq:

***

Unutmaq olmaz ki, İŞID-ın qurucusu Simon Eliad CIA-nın “ağıl mərkəzi”nin təmsilçisidir...

Amerika kəşfiyyatının bel sütunu sayılan CIA-nın keçmiş baş direktoru Mixayıl Hayden İraqın bir dövlət olaraq artıq mövcud olmadığını, onun yerində ABŞ-ın müttəfiqi olan “Kürdüstan”ın yaşaması üçün əllərindən gələni edəcəyini etiraf edib. Hayden onu da etiraf edib ki, İran, Suriya, İraq və Türkiyədə yaşayan bütün kürd terror qurumlarını ABŞ silahlandırır.
M.Hayden Almaniyanın “DIE WELT” qəzetinə verdiyi açıqlamasında bunları da deməyi unutmayıb: “Obama hökuməti İraqın bir neçə yerə parçalanmasının tərəfdarıdır. Bu düşüncə bizim qərarlarımızda olduqca etkilidir. Çünki, bölgədə kürdlərə məxsus silahlı birliklər bizim əsas müttəfiqimiz sayılırlar. Bununla da Suriyadakı kürdlərə məxsus Roja Koalisiyasına böyük dəstək verilməlidir. Beləcə Bağdad, Mosul və Bəsrə vilayətləri qismində İraq tam nəzarətimizdə olacaq. Sonucda Suriya və İraqın artıq keçmişdə qalan durumuna dönə biləcəyinə inanmırıq”.

İŞID proqramında yer alan maraqlar

XVII yüzildən başlayaraq, Osmanlı dövlətinin çökdürülməsi, onun Orta Doğuda yer alan ərazilərində fərqli yeni dövlətlərin yaradılması hədəfləri haqqında Qərb dövlətlərinin bir çox strateqləri bunu etiraf etməyə başlayıb. 1923-cü ildə Osmanlı dövlətinin tam süquta uğraması rəsmiləşdiriləndən sonra, Orta Doğuda gerçəkdən Batının nəzarətində olan bir çox dövlətlər quruldu və son illərə kimi onun nəzarətində qalmaqda davam edir. O zaman belə bir sual ortaya çıxır ki, bəs nədən həmin dövlətlərdə “Ərəb Baharı” adı altında yeni savaşlar, fərqli biçimdə süqutları ortaya atılmışdır?
İŞID-ın yaradılmasına gedilən yolda uzun müddət radikal dini qruplaşmaların formalaşdırılmasının əsl sirri bu gün ortaya çıxmaqdadır. “Elmli islam” adı altında yeni hədəflər hələ 1909-cu ildə Səidi Kürsi (Nursi) tərəfindən ortaya atılmaqla, bunu təcrübədən keçirməyə belə təşəbbüslər oldu. O dönəmdə Mustafa Kamal Atatürkün dühası sayəsində bu plan baş tutmadı. Ona görə də, Qərb dövlətləri bütün gücünü Misirdəki Əl Əzhər Universitetinə yönəltdi. Burada yetişdirilən “Əl Qaidə” düşüncə sistemi 1970-ci illərdə gündəmə gətirildi. Daha sonra isə, Qərbin dünya ağalığı sisteminin lideri qismində Henri Kissincer tərəfindən hazırlanmış doktrinanın rəsmiləşdirilməsinə çalışıldı. Bu, ilk addım kimi Əfqanıstanda “Taliban Hərəkatı” adı altında gündəmə gətirildi. Son illərdə talibanın bətnindən doğmuş İŞID anlayşı hökm sürməkdədir.
Əslində, İŞID planının detallarına əsasən demək olar ki, qədim Misir fironlarının yapdırmış olduğu ehramların daşlarında qeyd olunan magik düzən bu gün din pərdəsi altında baş verməkdədir. Yəni, “sami mənşəli xalqların bölgənin əsl ağası olmasına çalışılmalıdır”. Burada yer alan əsas düzən mövcud kasta baxışları ilə hər şeyin tamamlanmasına xidmət etməkdir.
Qərbin hədəfində isə yeni doğal qaynaqları daha çox sömürgə siyasəti ilə bütünləşdirməkdir. Nə qədər kiçik və idarəolunan dövlətlər yaranacaqsa, bu Orta Doğunun idarə edilməsi, doğal zənginliklərinin istismarının asanlıqla başa gəlməsindən ibarətdir.
İŞID-ın qarşısında duran əsas hədəf isə, Orta Doğunun bütün yaşam düzənini din pərdəsi altında məhv etməkdən ibarətdir. Hər hansı bölgənin mövcud infrastukturları məhv edilirsə, onun yerində ənənəvi baxışlardan tamamilə fərqli olan yeni bir düşüncə ortaya çıxır. Bu, bütün savaşların açıqlanmayan psixoloji, mənəvi, sosial baxımdan izah edilməyən anlamlarından ibarətdir. Son hədəfdə İŞID-ın funksiyası buna xidmət etməkdir. Biz son olaylara görə Avropaya mühacirət edən Orta Doğu insanlarının yeni yaşam düzənində bütün bunların şahidinə çevrilrik.

Suriya və İraqda Türkman siyasəti

Heç də gizli deyil ki, XXI yüzildə dünya xalqlarının etnokulturoloji və ictimai düzənində yer alan başlıca dəyərlər milli kimlik davasının özümlü şəkildə inkişaf etməsi ilə müşahidə olunur. İraqda 3 milyon, Suriyada 2.5 milyon Türkman yaşayır. Onlar ərəb və kürd toplumlarından fərqli olaraq, üsuli-cədid anlayışında daha fəaldırlar. Bunun tarixi kökləri mövcuddur. Üsuli-cədid fəlsəfəsində yer alan tək hədəf çağdaş dünya düzənində yer alan yeni inkişaf proseslərinə özümlü şəkildə uyğunlaşmaq və onu milli hədəflərlə uzlaşdırmaqdır. Türkmanlardan fərqli olaraq, ərəblər və kürdlər hər zaman “cəridət” kimi dəyərlərin yanında yer almışlar. Bu, hər hansı bir əşirəti və tayfanı idarə edən başçıların maraqları timsalında zühur edən dəyərlərdən ibarətdir. Orta Doğu dövlətlərinin indi mövcud olan düzənində yüksək sürətlə inkişaf edən bölgənin Türkiyədən ibarət olduğu göz önündədir. Çünki, üsuli-cədid ənənəsinin təməl prisiplərinə hər zaman əməl olunmuşdur. İraq və Suriyanın beləcə darmadağın edilməsinin arxasında gizlənən hədəf də məhz bununla bağlıdır. Çünki, İraq Səlcuqlu Dövləti (1118-1194), Mosul Atabəyliyi (1127-1233), Ərbil Atabəyliyi (1144-1233), Elxanlılar Dövləti (1258-1339), Cəlayirlər Dövləti (1339-1410), Qaraqoyunlu Dövləti (1411-1468), Ağqoyunlu Dövləti (1468.1508) və sonucda Osmanlı Dövləti (1508-1923) kimi qüdrətli və ədalətli Türk dövlətlərinin tarixi mirası bu günün şərtləri baxımından yeni fəlsəfi baxışlarla təzahür edə bilərdi. Buna görə də, 1930-cu illərdən indiyə kimi ərəb dünyasında, xüsusilə də Suriya və İraqda ərəb şovinizmi siyasətinin təzahürü kimi “BƏƏS” (Ərəb milliyyətçi sosializmi) ideyası hökm sürmüşdür. Səddam Hüseyn və Hafiz Əsəd rejimlərinin mahiyyəti bundan ibarət idi. Əslində bu siyasətdə yer alan əsas hədəflər hər iki bölgədə Türkün milli kimlik, tarixi ədalət düzəni fəlsəfəsini yox etmək idi. 1976-cı ildən start verilən BOP (Böyük Orta Doğu Projesi) planına uyğun şəkildə yeni qəddar hədəflərin fərqinə varmaq gərəkdir. PKK və digər kürd silahlı birliklərinin tüğyan etməsi, İraq və Suriyada onların vasitəsilə ancaq Türkman əhalisinə divanlar tutulması acı gerçəkliklərdən biridir. Çünki, Türkiyə aqrar ölkə olmaqdan sənayeləşmiş bir bölgəyə çevrilməyə doğru addımlayırdı. Bunun təməl prinsiplərinin haraya qədər uzanacağını Qərbdəki strateji mərkəzlər izləyirdilər. Qərb keçmiş Sovetlər Birliyinin dağılması, yeni bağımsız Türk dövlətlərinin yaranmasının da bu prosesə böyük bir dəstək olacağını ciddi şəkildə izləyirdi. Ona görə də, davamlı şəkildə Türk Dünyasında baş verən proseslərin qarşısını almaq üçün yeni hədəflər ortaya qoymağa çalışır. Bu, İraq Türkman, Suriya Türkman, Güney Azərbaycan masası üzərində qurulan hədəflərdən ibarətdir.
Bu gün İngiltərinin İrandakı “kələmbaş” (klerikal) rejimlə isti münasibətlər sərgiləməsinin də alt qatında duran hədəflər bundan ibarətdir. Bir yandan sünnü ərəbləri, o biri yandan kürdləri silahlandırmaqla İraq və Suriyada yaşanılan soyqırımlar sadəcə Türkman əhalisinə qarşı tətbiq edilməkdədir. Qərb ölkələri ağır və üzücü vətəndaş savaşlarının sonucu qismində ancaq ərəb miqrantlarına qucaq açmaqdadır. Əsas məqsəd isə, Suriya və İraq Türkmanlarına məxsus olan ərazilərdə “Kürdüstan” dövlətini qurmaqdır. Qərbdə onu da yaxşı dərk edirlər ki, kürdlər tarixdə heç bir zaman dövlət qurmamışlar. Onların genetikasında dövlət olma anlayışı yoxdur. Belə olduğu təqdirdə, bölgəni daha asanlıqla idarə etmək Qərb üçün göydəndüşmə bir hədiyyə olacaq. Kürd əşirətlərini silahlandırmaqla, onların sayəsində bölgənin bütün doğal zənginliklərini ən ucuz qiymətlə istismar etmək Qərbin başlıca strateji hədəfidir.

Türkiyə, Azərbaycan və Orta Asiyada radikal islamçılıq

Qərbin dəstək verdiyi bir sıra islamçı baxışların Türk Dünyasında yer alması hədəfləri daha çox Səudiyyə Ərəbistanı üzərindən idarə edilir. İlk addım kimi - “nurçuluq”, bunun ardınca “Hizbu Təhrir” və başqa dini cərəyanlar adı altında Türk Dünyasının daxili aləminə müdaxilənin hədəfləri bundan ibarət idi. Doğu Türküstanda Səudiyyə Ərəbistanı tərəfindən idarə olunan “sələfilik” (vəhhabi) ideyasının geniş şəkildə yayılması siyasəti də məhz buna bağlı idi. Özbəkistanın prezidenti İslam Kərimov gerçəkdən bir diktatordur. Ancaq, onun din pərdəsi adı altında formalaşdırılan radikal və terrorçu qruplara qarşı apardığı siyasəti müdafiə etməkdənsə, dünya birliyi “dini əqidəsinə görə insanlar təqib olunurlar” başlığı ilə ona qarşı vahid cəbhədə birləşdi.
Azərbaycanda ilk öncə “Qafqaz İslam Xilafəti”, bunun ardınca İŞID-a bağlı “İslam Dövləti” kimi ideyaların yayılmasında əsas məqsəd, milli dövlət olmanın üzərinə tamamilə yeni baxşlarla gedilməsi siyasəti düzənləndi. Bununla yanaşı, İran üzərindən ixrac edilən “tövhid” doktrinasında yer alan əsas hədəf “təkbirçi” düzənlə böyük bir qarışıqlıq yaratmaq dururdu. Sual olunur ki, bütün bunlar Qərbin nəyinə lazımdır? Bu sualın tək bir cavabı var, neftlə zəngin olan ölkələrdə, xüsusilə də Türk Dünyasında ərəblər üçün yaradılan yaşam düzənini rəsmiləşdirmək. Yəni, patriarxal feodoal düşüncə tərzinin standartları çərçivəsində bir yandan dövlətlərin inkişafının qarşısını almaq, o biri yandan milli dövlət olmanı tamamilə çökdürmək. Suriya və İraqda Türkmanlara bağlı olan əraziləri kürdləşdirmək siyasəti aparılırsa, Türkiyə və Azərbaycanı bir neçə xırda dövlətə parçalamaq bu hədəflərdə yer almışdır.
Orta Asiyanın isə xanlıqlar çağında olduğu kimi bir neçə vilayətə bölünməsi hədəfləri mövcuddur. Bu gün Qərbdə heç də gizlədilməyən “2023 Doktrinası” məhz bu siyasətin strateji görüntüsüdür: “Türkiyə, Azərbaycan və Orta Asiya tamamilə Qərbdən asılı ölkələrə çevrilməli, ya da bir neçə cırtdan dövlətlərə bölünməlidirlər”.  
Fransız araşdırmaçı Çiz Kutsşera “Kürd Milli Hərəkatı” kitabında belə yazır: “Nəzəri baxımdan İraq və Suriyada çox yaxın gələcəkdə bütün xalqlar türk dilində danışmağa məcbur olacaqdılar. Çünki, Türkiyənin Orta Doğuda güclənməsinin əsas şərti də bunu təsdiq edirdi. Ona görə də Qərb öz maraqlarını qorumaq üçün bütün bu addımları atmalıdır”.
Almaniyanın Berlin Universitetinin hesabatında qeyd olunur: “Artıq Qafqaz və Orta Asiya tamamilə türk ünsürünün inkişafı ilə müşahidə olunur. Fransız alimi Vital Cuinet “Le Turquie î D’Asia” adlı əsərində Orta Doğudakı türk mədəni düzəni ilə bağlı Qərbin maraqlarının necə təmin edilməsinin strareji hədəflərini ortaya qoymuşdur. Bütün bu hədəflərdə yer alan tək düşüncə Türk Dünyasını terror eyləmlərinin dalğasına bürümək, möhtəşəm inkişaf yollarının qarşısını almaqdır. Türk Dünyasında “milli azlıqlar”a, “dini icmalar”a və “sosial azlıqlar”a dəstək adı altında irəli sürülən hədəflər məhz bundan ibarətdir. Türkiyədə bu gün yaşanılan terror eyləmlərinin çağdaş futbol qanunlarında olduğu kimi “pressing” təfəkkür tərzinə pərçimlənməsinin də sirri bundadır. Fikrimizcə, Türk Dünyasına olan baxışlar Türk Dövlətlərində uzlaşmaların sayəsində irəli sürülən “masa”ların qarşısını ala biləcək tək yoldur. Unutmaq olmaz ki, İŞID-ın qurucusu Simon Eliad adlı CIA-nın “ağıl mərkəzi”nin təmsilçisidir. 

Muxalifet.az