Qərbin hegemonluğu başa çatır, Avropa ABŞ və Rusiya arasında... - Makrondan ŞOK ETİRAFLAR

Baxış sayı:
11577

Qərb ölkələrinin hökmranlıq dövrü qlobal geosiyasi dəyişikliklərə görə öz sonuna yaxınlaşır.

 “RİA-Novosti” agentliyi xəbər verir ki, bu sözləri respublikanın səfirləri qarşısında çıxış edən Fransa prezidenti Emmanuel Makron bildirib.

“Biz dünyada qərb hegemonluğunun sonunu görürük. Şərait dəyişir”, - fransız lider qeyd edib.

Onun sözlərinə görə, bu gün dünya səhnəsində yeni dövlətlər möhkəmlənir.

"Çin birinci sıralara gəldi, Rusiya öz strategiyasında ən böyük müvəffəqiyyətə nail olur”, - Makron vurğulayıb.

Fransa prezidenti Moskva ilə münasibətlərin yenidən inşasının əhəmiyyətini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, onun iştirakı olmadan Avropada təhlükəsizliyin yeni arxitekturasını tikmək mümkün deyil.

“Rusiya ilə münasibətlər aydınlaşdırılmasa, Avropa qitəsi heç vaxt sabit olmayacaq, biz heç vaxt təhlükəsizlikdə olmayacağıq. Paris və Moskva birlikdə dünya üçün nəsə faydalı bir şey etməlidir, əks halda Avropa ABŞ və Rusiya arasında strateji mübarizə meydanı qalacaq. Moskvanı Avropa dövlətlərindən uzaqlaşdırmaq böyük səhvdir. Əks halda, Rusiya Çinlə ittifaq yaradacaq və bu, tamamilə Avropanın xeyrinə deyil”, - Makron yekunlaşdırıb./publika.az