Qərbin çöküşünü kim dayandıracaq...

G20-nin Hamburq sammiti ABŞ və Avropa münasibətlərində parçalanmanı nümayiş etdirdi.
 
Bu iddia ilə amerikalı siyasi ekspert Cudi Dempsi çıxış edib. O, Prezident Trampın bununla Avropanın güclənməsi ehtimalını şübhə altına qoyduğunu bildirib:
“Tramp 1945-ci ildən sonra yaradılmış və Qərbin indiyə qədər uğurla istifadə etdiyi institutların dağılması prosesini başlatdı. ABŞ-ın özünü təcrid etməsi beynəlxalq ticarət sistemini məhv edə bilər. Avropa Birliyi bütün gücünü toplayıb, Qərbin çöküşünü dayandırmasa, sistemin məhv olmasının qarşısını almaq mümkün olmayacaq.
Bu prosesin qarşısını almaq işində əsas rol Almaniya kansleri Angela Merkelin üzərinə düşür. Merkel Avropa Birliyinə yön vermək imkanlarına malik olsa da, bunu öz üzərinə götürmək istəmir. Lakin Emmanuel Makronun Fransa prezidenti seçilməsi bunu dəyişdirə bilər. Makron daha çox müttəfiq toplayacaq ki, AB-ni dəyişdirə bilsin. Bu isə uzunmüddətli perspektivdə ABŞ-ın özünütəcridi ilə bacarmağa imkan verəcək”.