"QƏRBİ AZƏRBAYCAN QAÇQINLARININ VƏTƏNİNƏ DÖNÜŞÜ TƏMİN EDİLMƏLİDİR" - Qərbi Azərbaycan Respublikası bəyanat yaydı

Baxış sayı:
943

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 4 dekabr 2000-ci ildə qəbul etdiyi qətnamə ilə iyunun 20-si Ümumdünya Qaçqınlar günü kimi qeyd edilir.
Qətnamənin qəbulu ilə məqsəd dünyanı narahat edən insan hüquq və azadlıqlarına dair məsələlərin-evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq idi. Lakin Azərbaycan xalqı iki əsrə yaxındır ki qətnamədə irəli sürülən narahat məqamlalra üzbəüz qalıb. Ermənilərin bu ərazilərə gəlişi ilə bölgə soyqırımların, deportasiyaların, qaçqın və didərgin insanların məskəninə çevirildi. Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qaldı. Sonuncu dəfə isə 250 mindən artıq etnik azərbaycanlı indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından qovuldu. Eyni zamanda, 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Ahıska türkü də Azərbaycanda sığınacaq tapdı. 700 minə yaxın soydaşımız isə Dağlıq Qarabağdan və Ermənistan silahlı qüvvələrinin işğal etdiyi 7 rayondan didərgin salınmışdır. Qərbi Azərbaycan İrəvan Respublikası xalqımıza qarşı edilmiş ədalətsizliyi bərpa etmək və qaçqınların doğma yurduna qayıtması üçün bütün siyasi-hüquqi vasitələrdən istifadə edəcək və doğma vətənə qayıtmaq mücadiləsi verəcəkdir. Biz belə hesab edirik ki, İrəvan, Göyçə- Dərələyəz, Zəngəzur və başqa ərazilərimizin Ermənistana verilməsi qanunsuzdur. Bu torpaqların əsil sahibləri Qərbi Azərbaycandan olan və dünyanın müxtəlif ölkələrinə səpələnmiş qaçqınlardır. Qərbi Azərbaycan İrəvan Respublikası bəyan edir ki, 250 mindən artıq qaçqının Qərbi Azərbaycan (Ermənistan) ərazilərinə geri dönüşü təmin olunmayana və onların BMT-nin sənədlərində nəzərdə tutulan insan haqq və hüquqları bərpa edilməyənə qədər bu mübarizə davam
edəcəkdir.
 Qərbi Azərbaycan İrəvan Respublikası Millət Məclisi



Muxalifet.az