Qərbdən Rusiya və Ukrayna razılığına reaksiya

Baxış sayı:
209

Avropa Birliyi və NATO Ukrayna ilə Rusiya arasında girov və məhbusların dəyişdirilməsini məmnuniyyətlə qarşıladıqlarını açıqlayıb.

Bu barədə Avropa Birliyinin (AB) baş diplomatı Federiko Moqerini və Avropa Şurasının rəhbəri Donald Tusk açıqlamalarında qeyd ediblər.

NATO sözçüsü Oana Lunqesku da girov və məhbusların dəyişdirilməsini doğru yöndə verilmiş bir qərar kimi qiymətləndirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya ilə Ukrayna arasında “35-ə 35” formulu ilə ümumilikdə 70 girov və məhbus azad edilmişdi./axar.az