Qərb yenə çirkli planlar içərisində! Türkiyəyə qarşı 18 min nəfərlik qüvvə

Baxış sayı:
10756

Türkiyə və ASO-nun Fəratın şərqində yerləşən YPG/PKK-nı bitirmək üçün başlayacağı hərəkat ərəfəsində Qərb yenə çirkli bir oyun oynayır. ABŞ və koalisiya güclərinin ABŞ-sız bir Suriya şəraitində Türkiyə sərhədinə kürd Peşmərgələrdən ibarət 18 min nəfərlik yeni bir qüvvə yaratmağa çalışdıqları iddia edilib. ABŞ bir il əvvəl YPG-nin işğal etdiyi ərazidə, "Sərhəd təhlükəsizlik birliyi" adı altında 30 min nəfərlik terrorçulardan ibarət olan bir ordu qurmaq planını ortaya atmışdı. Bu plan Türkiyənin təşəbbüsləri və “Zeytun Budağı” hərəkatı ilə məhv edildi. Qərb koalisiyası da Fəratın şərqinə başlanılacaq hərəkat ərəfəsində yeni bir plan hazırlayıb. Kürd Milli Şurası qəbul etməyib Xain planda ABŞ əsgərləri tərəfindən İraqdan Fəratın şərqinə daşınan Suriya (Roj) Peşmərgələrinin də yer aldığı 18 min nəfərlik yeni bir ordunun qurulması nəzərdə tutulur. Bu plan çərçivəsində İraqda yerləşən, İraq Kürd Regional Rəhbərliyinin (IKBY) silahlı qanadına bağlı, Suriya vətəndaş müharibəsindən qaçaraq İraqa sığınmış peşmərgələrdən formalaşdırmağı hədəfləyir. İraqda başda ABŞ olmaqla, bir çox Qərb ölkələrinin əsgərləri tərəfindən təlim verilən 8 min Roj Peşmərgəsi var. Plan içərisində Suriyalı Peşmərgələrlə yanaşı, PKK-nın Suriya qolu Suriya Demokratik Qüvvələri (SDG) adı altında gizlənən YPG terrorçuları da yer alacaq. Yeni gücün içərisində 10 min YPG-li yer alacaq. Ancaq Suriya Kürd Milli Şurası bəhs edilən layihənin koalisiya tərəfindən onlara çatdırıldığı və onların da bu layihəyə isti baxmadığını bildirib. Xain planda PKK və Əsəd həssaslığı güdülür. Adları Qəndil, İran və Dəməşq rəhbərliyi ilə bir arada keçənlərin yeni gücdə olmayacağı iddia edilir. Bu baxımdan yeni yaradılan gücün terror təşkilatı ilə əlaqəsi olmadığı yalanı ilə koalisiya gücləri tərəfindən Türkiyəyə qəbul etdirilməyə çalışacağı ifadə edilib. Müxalifət.az