​Qərb sərhədlərimiz gərginləşir - ŞOYQU

Rusiyanın qərb sərhədlərində hərbi-siyasi vəziyyət gərginləşir.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə naziri Sergey Şoyqu söyləyib. Onun sözlərinə görə, gərginləşməyə əsas səbəb Baltikyanı və Polşada NATO qoşunlarının yerləşdirilməsi və çoxsaylı hərbi təlimlərdir.
Qeyd edək ki, Polşa və Baltikyanı da NATO 5 min nəfərlik hərbi kontingent yerləşdirib.