​Qərb sanksiyaları Rusiyanı silkələyir: ETİRAZLAR ARTDI

2017-ci ilin üçüncü rübündə Rusiyada siyasi, sosial-iqtisadi və əməklə bağlı etiraz aksiyaları 2 dəfədən çox artıb.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiya Rusiya İqtisadi və Siyasi Reformlar Mərkəzinin hesabatında yer alıb. Hesabata əsasən Rusiyada bu ilin birinci rübündə 284, ikinci rübündə 378, üçüncü rübündə isə 445 etiraz aksiyası keçirilib. Üçüncü rübdə daha çox sosial-iqtisadi yönümlü etiraz aksiyaları baş tutub. Bunların sayı 312 olub. Aksiyalar daha çox sahibkarlardan, tariflərin artımından narazılıqla bağlı olub.
İkinci yerdə siyasi xarakterli etiraz aksiyaları qərarlaşıb. Onların sayı 106 ədəd olub.
Hesabatın müəllifi Nikolay Petrov etiraz aksiyalarının coğrafiyasının genişlənməsinin son yarımil ərzində baş verdiyini bildirib:
“Bu daha çox sosial-iqtisadi situasiya ilə bağlıdır. Ölkədəki sosial-iqtisadi situasiya bir sıra vətəndaş tərəfindən yaxşı qəbul edilmir. Bəzi müəssisələr, kənd təsərrüfatı sahəsində vəziyyət ürəkaçan deyil. Bu etirazların artması daha çox regionlardakı maliyyə resurslarının çatışmazlığı ilə əlaqədardır”.