Qərb sanksiyaları: “Qazprom” çökür

ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları özünü ciddi büruzə verir. 
Bunu “Krım Realiya” saytına müsahibəsində rusiyalı ekspert Mixail Krutixin söyləyib. 
“Xüsusilə, bu sanksiyalar Rusiya neft və qaz şirkətlərinin Qərb kreditlərinə çıxışını dayandırıb. İndi “Qazprom” məcburdur ki, öz pullarını qaz kəmərlərinin çəkilişinə xərcləsin. “Sibir gücü” və ya “Türk axını” layihəsi milyardlarla dollar deməkdir. Təkcə bu ilin ikinci rübündə “Qazprom”un borcu 35 milyard dollardan 53 milyarda qalxıb. Əgər vəziyyət bu cür davam etsə, “Qazprom” bankrot olacaq. O, indiyə qədər topladığını xərcləyir, çünki başqa heç yerdə pul yoxdur”, – deyə o bildirib.