​ “QƏRB POROŞENKOYA “STAVKA” EDİB” - “Ukrayna xalqı Poroşenkoya səs verməlidir”

Baxış sayı:
9358

Martın 31-də Ukraynada keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə görə, şoumen Vladimir Zelenski 30,36% səslə liderdir. İkinci yeri 16,40% səslə Pyotr Poroşenko tutur. Baktivşina Partiyasının lideri Yuliya Timoşenko 13,08% səslə üçüncü, Yuri Boyko isə 11,48% səslə dördüncüdür.
Seçkilərin nəticələrinə baxmayaraq, politoloqların əksəriyyəti Şoumen Vladimir Zelenskinin lider olacağını düşünmürdü, P. Poroşenkonun nüfuzunun aşağı düşdüyü üçün Baktivşina Partiyasının lideri, keçmiş baş nazir Y. Timoşenkonun prezident olacağını proqnoz edirdilər. Ancaq, göründüyü kimi, ikinci turda şoumen V.Zelenski ilə hazırkı prezident P.Poroşenko mübarizə aparacaq. Hazırda Zelenski yüksək fərqlə Poroşenkodan üstün durumda olsa da, P.Poroşenkonun da qalib gəlmək ehtimalı çoxdur.
Ukraynada keçirilən prezident seçkiləri ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə deyib ki, ilk baxışda belə görünür, Zelenski Poroşenkoya qalib gələ bilər: “Timoşenko öz seçicilərini ona səs verməyə çağıra bilər. Üstəlik, Sakaaşvli də qolunu çırmalayıb, Zelenskininn köməyinə gəlmək istəyir. Düzdür, onu Ukraynaya yenə buraxmayacaqlar. Amma o da hər halda kənardan qıjanır. Əgər Ukrayna xalqı yetişdirdiyi siyasi xadimlərə baxıb, onların qabiliyyətlərini götür-qoy etsələr, şoumenə, insanları güldürməklə məşğul olan, başdan qrıja adamlara deyil, Poroşenkoya səs verməlidirlər. Qərb də Poroşenkoya “stavka” edib və mən tam əminliklə deyirəm ki, seçkilərdə Poroşenko qalib gələcək. Amma sözün həqiqi mənasında xalq əgər düzgün seçim etmək istəyirsə, Poroşenkoya səs verməlidir. Çünki Poroşenko təcrübəlidir, daha vətənpərvərdir, anti-rus meyllidir, ölkənin müdafiə sənayesini qurmağa çalışır. Düzdür, nöqsanlardan da xali deyil, amma məsələ təcrübədədir.
Ukrayna xalqının yetişdirdiyi və ortaya çıxardığı siyasi xadimlər bunlardan ibarətdir. Qərb yüz faiz Poroşenkonun yenidən prezident seçilməsini istəyir, Qərbin adamı budur. Qərb çoxlu yoxlamalardan sonra Poroşenko ilə işləyəcək və bununla da çalışacaq ki, Rusiyanın dizini yerə qoysun”.