​Qərb narahatdır: Türkiyə Balkanlara geri dönür - Rus ekspert

Baxış sayı:
1576

Avropa Birliyi Türkiyənin Balkanlara geri dönüşündən dolayı narahatdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı mütəxəssis Georgi Enqelqardt bildirib.
"Bu məsələdə hər şeyin olduqca məntiqli olduğunu düşünürəm. Türkiyə ilə AB arasındakı əlaqələr son 3 ildə çox pisləşdi. Bir çox sektorda çoxşaxəli tərəfdaşlıq inkişaf edirdi. Türkiyənin AB-yə üzvlüyü məsələsi olduqca müsbət bir şəkildə müzakirə olunurdu. Son 3 ildə Ankaranın həm Brüssellə, həm də başda Almaniya və Fransa olmaq üzrə ayrı-ayrı ölkələrlə münasibətlərində geriləmə başladı. Münasibətlərin korlanması miqrant böhranı və 15 iyul çevrilişə cəhddən sonra daha da dərinləşdi", - Enqelqardt söyləyib.