Qərb mətbuatının Türkiyə DÜŞMƏNÇİLİYİ İFŞA OLDU

Baxış sayı:
7267

İllərdir Əsəd rejimi əleyhinə yazılar dərc edən Qərb və ABŞ mediası Türkiyənin Afrin əməliyyatına qarşı Əsədi  bir anda alqışlamaqla gerçək üzlərini ortaya çıxardılar.
 
7 ildir Əsəd rejimi əleyhinə yazı və verilişlər yayımlayan Qərb mediası dünəndən bəri yönünü dəyişdirərək Əsəd sevdalısı olmağa başlayıb.
Qərb mətbuatı birlik nümayiş etdirərək Əsəd rejimini alqışlayan nəşrlər ortaya qoydular. Bu dünya çapında məşhur olan və Türkiyə düşmənçiliyini çox ustalıqla uzun müddət gizlədən nəşrləri siz də tanıyın:
 The New York Times.
 The Wall Street Journal.
 Washington Times.
 Bloomberg.
 Times.
 Independent.
 Reuters. (Reutersin MKİ nəzarətində olduğuna dair iddialar var)
 Hamısı!
 Hamısı sanki bir birinin ağzına tüpürmüş kimi, birlikdə Əsəd rejiminin "Kürdlərlə razılaşıb Türkiyəni Afrindən qovacağını" yazdılar.
Fərqli cümlələrlə Əsəd rejiminin necə də düzgün bir qərar verdiyini bildirdilər.
“Washington Times”, xəbərin başlığını "Suriyalı Kürdlər və Rejim Qüvvələri, Türk Güclərini Afrinden çıxarmaq üçün razılaşdı" - deyə, dərc edib.
Çıxan xəbərlərdə təkcə bu "müqavilə" münasibətilə duyulan məmnuniyyət və Əsəd rejiminə ediləcək minnətdarlıq bildirilmir.
Eyni zamanda, bu "saziş"dən sonra Rusiya ilə Türkiyənin münasibətlərinin korlanacağı ehtimalından də böyük bir sevinclə bəhs edilir.
Halbuki ortada həqiqətən belə bir anlaşmanın olduğunu və nə qədər gerçək olduğunu kimsə soruşmur.
Hansı ki, beynəlxalq informasiya agentliyi - deyə, “Reuters”ə istinad etməkdənsə,- Anadolu Agentliyinə istinad olunsaydı belə bir müqavilənin olmadığını da görəcəkdilər.
Deyək ki, belə bir anlaşma əldə olunub, bu, Türkiyəni dayandıra bilərmi?
Yəni dərdləri həqiqəti əks etdirmək deyil ki.
Manipulyasiya etmək, PKK təbliğatını hər şərtlər altında davam etdirməkdir.
Bunun ən bariz nümunəsini yenə dünən “The New York Tayms”da gördük.
Qəzet Suriyadakı YPG işğalında olan bölgələri bir daha müqəddəsləşdirmişdir.
Müharibədə "Ölənlərin Şöhrət Qazandığı Suriyanın Kürd Bölgəsi" - deyə, xəbər başlığı qoymuşlar.
Ölən PKKLI/YPG-li terrorçular xəbərdə qəhrəman olaraq təqdim edilir.
Və bu terrorçuların terror təşkilatı tərəfindən necə də müqəddəsləşdirildiyi təsvir olunmuş yazıda.
Sitat: "Şimali Suriyadakı hər muzeydə onların portretləri var. Adları küçələrə verilir, billboardlarda anırlar. Onlar Kürdlərin Suriyadakı 6 illik ixtilafa daxil olduğu müharibədə ölənlərdir, onlar məhz SDG-nin Kürd birliyindəki döyüşçülərdir və hər yerdədirlər". Burada qəzetin ifadə etdiyi “Onlar”, PKK-lı terrorçulardır.
Nəyin nə olduğu çox açıqdır.
Bütün bunların altında Türkiyə düşmənçiliyi var.
Bu Türkiyə düşmənçiliyini də Ərdoğan düşmənçiliyinə çevirərək əsil niyyətlərini gizlətməyə çalışırlar.
Müxalifət.az