Qərb mediası FƏTO ilə MKİ-nin çirkli əlaqələrini İFŞA ETDİ

Baxış sayı:
3925

Qərb mediasından maraqlı təhlil: Türkiyədə haqqında həbs qərarı çıxarılan keçmiş MKİ rəsmisi Füllerin FƏTO lideri Fətullah Gülən 12 sentyabr çevrilişindən bəri təmas halında olduqları üzə çıxıb.
 
Qərbin ikiüzlü siyasətlərini tənqid edən “Global Research”, Türkiyədə haqqında həbs qərarı çıxarılan keçmiş MKİ rəsmisi Qrehem Füller ilə FƏTO lideri Fətullah Gülənin əlaqələrinə dair bir yazıya yer verib.
Yazıda, Füller haqqındakı iddiaların xüsusən ABŞ-da bayağılaşdırılmasına qarşılıq, MKİ ilə FƏTO-nun 12 sentyabr çevrilişi, Orta Asiyadakı keçmiş Sovet respublikalarında stabilliyin pozulması, MKİ agentlərinin Avrasiyada Gülən məktəbləri vasitəsilə mənsubiyyətlərini gizlətməsi də daxil təxminən 40 ildir birlikdə işlədikləri qeyd olunub. “Global Researc” də strateji risq müşaviri və siyasət mütəxəssisi Uilyam Engdahl imzası ilə dərc olunan məqalədən bəzi sətir başlarını təqdim edirik:
 
1980-cı İL ÇEVRİLİŞİNİ BİRLİKDƏ DƏSTƏKLƏDİLƏR
 
Fətullah Gülən ilə MKİ arasında əlaqələr, Gülənin kontrgerilla deyilən, Türk sağçı qanad NATO Gladio şəbəkəsində aktiv hala gətirilmək üçün istifadə edildiyi 1980-cı illərə qədər uzanır. Kontrgerilla üzvləri bir sıra ifrat sağçı terrorçu təcavüzdən məsul idilər və ABŞ-ın dəstəklədiyi qanlı 1980-ci il hərbi çevrilişini asanlaşdırdılar. Füller, “Huffungton Post”dakı məqaləsində Gülən haqqında “dövləti qorumaq üçün 1980-ci ildə nəzarəti əsgərlərin təhvil almasını dəstəklədi” deyə, yazmışdı. MKİ, 1990 illərdə Orta Asiyadakı Sovet  İttifaqının dağılmasından sonra yaranan xaosda, Gülən və onun mötədil İslam obrazını ən geniş tənəzzül şəbəkələrindən birini inşa etmək üçün istifadə etdi. Bu şəbəkə Özbəkistan, Qırğızıstan və hətta Çin Xalq Respublikasındakı Sincan Uyğur Muxtar Bölgəsi daxil olmaqla, Orta Asiya bölgəsinin hamısını əhatə etdi.
 
GÜLƏN MKİ AGENTLƏRİNİ GİZLƏDİB
 
Xain təşkilatın, tək başına Qırğızıstan və Özbəkistanda 130 MKİ agentinə sığınacaq verdiyi və bu MKİ müəllimlərinin Pentaqonun bir qoluna hesabat göndərdiyi də bəlli olub. Köhnə FBI rəsmisi, Güləni Orta Asiya və Qafqazdakı MKİ əməliyyatının əsas fiqurlarından biri kimi səciyyələndirib.
 
GREEN KART ALINMASINA FÜLLER RƏY VERİB
 
Gülənin Green Kart müraciəti üçün hazırlanan tövsiyə məktubunda Füllerin və ABŞ-ın köhnə Ankara səfiri Morton Abramoviçin imzası vardı.
Müxalifət.az