Qərb liderləri üçün “24 aprel” sınağı

Baxış sayı:
9046

Politoloq: “Ermənilərin özlərinə bu yolla siyasi xal qazanmaq niyyəti baş tutan deyil...”

Sabah - aprelin 24-də ermənilər və ermənipərəstlər qondarma “erməni soyqırımı”nı qeyd edəcəklər. Erməni lobbisinin güclü olduğu ölkələrdə də həmin gün xüsusi formada qeyd edilir.

Məlumdur ki, saxta iddianı tanıyan ölkələrin başında Fransa gəlir. Az öncə Fransa prezidenti Emmanuel Makron 24 apreli, üstəlik, ölkədə qondarma “erməni soyqırımı qurbanlarının” xatirə günü elan edib.

Ötən illər ərzində hələ ki ABŞ prezidenti Donald Tramp “erməni soyqırımı” ifadəsini işlətməyib. Almaniya prezidenti Frank-Uolter Ştaynmayerdən də bu barədə qərar və ya fikir gəlməyib. Bəs aprelin 24-də bu liderlər özlərini necə aparacaqlar?

“Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirdb ki, Amerika qondarma soyqırımı qəbul etməyə çoxdan çalışır: “Ancaq gəl ki, ABŞ arxivlərində, onların alimlərinin yazılarında qondarma soyqırımı təsdiq edən heç bir fakta rast gəlmirlər. Reyqan hakimiyyətə təzə gəldiyi zaman tarixçilərdən ibarət böyük bir heyət yaratdı. O, həmin heyətin başına dövlət katibinin köməkçilərindən birini qoymuşdu. Həmin şəxslərə tapşırılmışdı ki, 1915-ci ildə Osmanlı İmperiyasının ərazisində ermənilərə qarşı hər hansı soyqırımın həyata keçirilməsi haqqında məlumatları toplasınlar. Təxminən 1 aydan çox müddət ərzində araşdırma getdi. Ağ Evin arxivlərindəki materiallar da qaldırılıb, o zamankı teleqramlar araşdırıldı. Eləcə də digər bu kimi sənədlərə yenidən baxıldı. Həmin sənədlərin içərisində ermənilərə qarşı hər hansı zorakılıq, kütləvi qırğın aktının olması haqqında fakta rast gəlmədilər. O zaman Reyqan belə bir komissiyanın yaradıldığını və onların gəldiyi nəticəni elan edərək, bu cür soyqırımın olmadığı haqqında dünya ictimaiyyətinə məlumat verdi. Osmanlı imperiyası dağıldıqdan sonra da Anadolunun şərqində qulluq etmiş 54 türk generalını həbs etdilər. Burada təşəbbüskar kimi İngiltərə çıxış etmişdi. İngiltərədən olan bir qrup zabit həmin generalları dindirdi və onlardan soyqırım haqqında məlumat əldə etməyə çalışdılar”.

Qabil Hüseynli ile ilgili görsel sonucu

Politoloqa görə, aparılan istintaq faktları göstərir ki, bu adamların heç biri xəyanət etmiş ermənilərin Osmanlı imperiyasının şərq əyalətlərindən cənubuna köçürülməsi prosesində burnunun qanamasına belə bais olmayıb:“Sayları 900 minə güclə çatan ermənilərin 700 mini vaqonlarla, 200 minə qədəri isə at və öküz arabaları ilə daşınıb. Həmin 200 minin içərisində malyariya kimi müxtəlif xəstəlikləri tutanlar olub. Arabalarda daşınan ermənilərin bir qismi kürd qaçaqları tərəfindən hücuma məruz qalıblar ki, onların da arasında bir neçə nəfər ölüb. Yəni araşdırmaların nəticəsi budur ki, həmin zaman ölən bir neçə erməni xəstəlikdən, aclıqdan və quldur hücumundan ölüb. Onlar güllə ilə yox, öz əcəlləri ilə ölüblər. O zaman ermənilərə hücum edən quldurları da Osmanlı imperiyasının ədliyyə orqanları tutub həbs etdi, güllələnmə əmri verildi. Osmanlı öldürülən ermənilərin qatilləri üzərində heç kimin çağırış və təhdidi olmadan məhkəmə qurdu. Həmin məhkəmədə təxminən 500 nəfərə yaxın yol kəsən, quldura ölüm hökmü oxudular. Bu hökm 2 gün ərzində icra olundu. Ərazidə 900 min erməninin yaşadığını tarixçilər, tarixi faktlar sübut etdiyi halda, bu gün ermənilər 1.5 milyon adamdan bəhs edirlər. 900 mindən 700 mini sağ-salamat çatdırılıb. Bu gün Fransada, Amerikada yaşayan ermənilər həmin köç edənlərin nəslindəndir. 900 min erməni olubsa, necə 1.5 milyonu qırılıb?”

Hüseynli ABŞ prezidentinin çıxışında “soyqırım” ifadəsinin səslənəcəyini gözləmir: “Çünki yuxarıda dediyimiz sənədlərin, o dövrkü səfirin teleqramlarının bir nüsxəsi Amerikadadır və rəsmi Vaşinqton lazım gələrsə, bundan istifadə edər. Fransa ilə bağlı məsələ başqadır. Fransa məsələni körükləyən, ona faciəvi don geyindirən dövlətlərdəndir. İkinci Dünya müharibəsi qurtarana qədər ”genosid" sözü lüğətdə yox idi. Bu söz sonradan ortaya atıldı. Şevron soyadlı polyak hərbiçisi bu sözü ilk dəfə ortaya atıb. Sadəcə olaraq, İkinci Dünya müharibəsində faşistlərin yəhudilərə qarşı tətbiq etdiyi soyqırım hadisələrinə görə “genosid” sözü işlənib. Ermənilər də bu sözü göydə tutub, özlərinə faciə dramı düzəldiblər. Genosid odur ki, məhv edilən insanlar haqqında dəqiq tarixi sənədlər, audio, videomateriallar olsun. Həmçinin məhkəmə hökmü də lazımdır. Yəhudilərin holokostu haqqında kifayət qədər filmlər, audi yazıları, şahid ifadələri vardı. Məhkəmə qiymət verdi və holokost bütün dünyada qəbul edildi. Ermənilərin isə qondarma soyqırımları haqqında nə bir dənə şahid ifadəsi, film lenti, nə də tarixi fakt var. Yuxarıda dediyimiz generallar da ifadələrində bildiriblər ki, onlar ermənilərə atəş açılması ilə bağlı heç bir əmr verməyiblər. Beləliklə də ermənilər bu rəqəmləri bir neçə dəfə şişirdib, dünya ictimaiyyətini azdırmaqla özlərinə siyasi xal qazanmağa çalışırlar. Güman edirəm ki, bu, baş tutan deyil. Makronun hərəkəti açıq təxribat, xalqlar arasında süni düşmənçilik yaratmaq cəhdidir. Makron qoy atasını, anasını yadından çıxarıb ölməmiş, öldürülməmiş ermənilər üçün Fransada yas qursun, ehsan versin. Bununla da atasının goruna ermənilər tərəfindən rəhmət, türklər tərəfindən isə ona layiq olan başqa bir sözü eşitsin"./musavat.com