“Qərb kirlənmiş vicdanını təmizə çıxarmağa çalışır”

“Qərbin Rusiyaya qarşı əlində heç bir kozır yoxdur ki, Moskvanı Krımdan çıxarmaq üçün istifadə etsin”.
Bu açıqlama ilə polyak jurnalist Zemovit Şerek çıxış edib. Onun sözlərinə görə, Avropa Rusiyada döyüşmək niyyətində deyil:
“Qərbdə çoxları artıq Krımın Rusiyaya aid olduğunu qəbul edib. Yarımada əhalisinin əksəriyyətinin anneksiyaya tərəfdar olması Qərbə özünün kirlənmiş vicdanını təmizə çıxarmağa imkan verir. Qərb hər zaman Rusiyanın ilk həmləsini görən kimi danışıqlar masasına qaçır. Ona görə ki, Qərb savaşmaq istəmir və Rusiya da bunu yaxşı anlayır. Başqa bir tərəfdən isə Rusiya görür ki, Qərb onun nə etməyindən asılı olmayaraq, danışıqlar aparmaq məcburiyyətində qalır. Ona görə də Moskva özünü nadinc uşaq kimi aparır. Bütün bu konflikt çərçivəsində ən böyük təhlükəni həmin amil kəsb edir”.