Qərb diplomatlarının Mehmanla görüşünün MƏZMUNU - "Avropa İttifaqı nümayəndə heyəti vəziyyəti diqqətlə izləyir" - YENİLƏNİB

Baxış sayı:
13954

"Avropa İttifaqının Bakıdakı missiyasının xahişilə Kürdəxanı təcridxanasında Mehman Hüseynova başçəkmə təşkil edilib. Almaniya, Fransa, Hollandiya, Çex, Böyük Britaniya səfirliklərinin nümayəndələri və Avropa İttifaqının missiyası yanvarın 11-də bu görüşdə iştirak ediblər. Görüşdə məqsəd Mehman Hüseynovun sağlıq durumu ilə tanışlıq olub. Avropa İttifaqı nümayəndə heyəti vəziyyəti diqqətlə izləyir", - Qərb diplomatlarının Mehman Hüseynovla görüşünün məzmunu barədə Turan agentliyinin sorğusuna Avropa İttifaqı missiyasının cavabında deyilir. *** 16:12 Mehman Hüseynov avropalı diplomatlarla nə danışıb? Ötən gün bir qrup avropalı diplomat 1 saylı Bakı İstintaq Təcridxanasında bloger Mehman Hüseynova baş çəkib. Bu barədə Trend agentliyi "diplomatik dairələr"ə istinadən məlumat yayıb. Görüşdə Aİ-nin Bakı nümayəndəliyinın rəhbərinin müavini, Fransa, Hollandiya, Böyük Britaniya, Çex Respublikası və Almaniya səfirliklərinin əməkdaşları iştirak ediblər. "Onlar yerində Mehman Hüseynovun saxlanma şəraiti və səhhəti ilə tanış olublar. Bir daha şahidi olublar ki, Mehman Hüseynovun səhhəti normaldır, saxlanma şəraiti ilə bağlı hər hansı şikayəti yoxdur, vəkili və atası ilə sərbəst görüşə bilir", - məlumatda deyilir. Məlumata M.Hüseynovun diplomatlar ilə fotosu əlavə edilib. Xəbərdə M.Hüseynovun aclıq etməməsi ilə bağlı rəsmi mövqe bir daha bəyan edilir və bu, "vəziyyəti dramatikləşdirən" antiazərbaycançı qüvvələrin "uydurması" adlandırılır. Aİ nümayəndəliyi və sözügedən ölkələrin səfirlikləri hələlik vəziyyəti şərh etməyiblər. Öz növbəsində blogerin qardaşı Emin Hüseynov Mehmanın aclığı dayandırması ilə bağlı hökumətyönlü mətbuatda dərc edilmiş məktubu saxta adlandırıb.