Qərb Bərzanini YENƏ SATDI

ABŞ və Avropa Birliyi Yaxın Şərqi yenidən şəkilləndirmək üçün istifadə etdikləri Bərzanini yenə "müstəqil dövlət xəyalları" ilə ortada buraxdılar.
 
Müxalifət.az-ın verdiyi xəbərə görə, Qərbə güvənərək müstəqillik referendumu keçirməklə özünü və xalqını dərdə salan Məsud Bərzani yenə yarı yolda və ortada qaldı.
Kürdləri son 40 ildir Qərbin oyuncağı halına gətirən Bərzani, ən çətin zamanlarında dəstək gördüyü Türkiyəyə, PKK-nı Kərkükə salmaqla xəyanət etdi. Bağdadla nə vaxt münaqişəyə düşsə nəfəsi Ankarada alan, məmur maaşlarını ödəmək üçün Türkiyənin əməkdaşlığını arayan Bərzani, referendum prosesində ABŞ və İngiltərənin açıqdan dəstəyini görə bilməyəndə, bu dəfə Rusiyaya üz çevirmişdi.
MKİ və Mossad Kəşfiyyat Xidmətininin məsləhəti ilə hazırlanan “kukla dövlət” layihəsi Türkiyə, İraq və İranın qərarlı duruşu ilə dağıldı. İraq ordu qüvvələrinin Kərkük və Sincarı ələ keçirməsi qarşısında isə Qərb adətən tut yemiş bülbülə döndü. Bölgədə Türkiyəni qarşısına alaraq hərəkət edə bilməyəcəyini anlayan Qərb ölkələri, "Qarşıdurma olmamasına ümid edirik" kimi, standart bəyanatlarla kifayətləndi.

Müxalifət.az