Qərarlarını ayaqüstü verən Bolton - O, masası üzərində niyə əl bombası gəzdirir?

Baxış sayı:
565

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 11 fevral 2019-cu il

Bu gün bir adamın – Con Boltonun ruh halını aydınlığa qovuşdurmağa çalışacam. Hazırda bunu oxuyarkən “Bir adamın ruh halının bizə nə dəxli var, bizə hakimiyyətin qərarlarını anlat”deyərək, düşündüyünüzü duyuram. Ancaq aydınlığa qovuşdurmağa çalışacağım o ruh halı hazırda Prezident Trampın xarici siyasət sahəsindəki bütün qərarlarının yönünü müəyyən edən milli təhlükəsizlik müşavirinə aid olunca, işin xarakteri dəyişir. Aydınlaşdırma daha önəmli, hətta bizim milli təhlükəsizliyimizə də toxunan bir hal ala bilər.

Mühitin analizi

Mən Vaşinqtonda görüşə gedərkən, restorana deyil, xəbər mənbəyimin iş otağına gedirəmsə, otağa girərkən divarlarda necə şəkillər olmasına və masa üzərində xüsusi simvolik dəyəri olan əşyalara diqqət edirəm. Çünki bu detallar bir az sonra mənə bəzi şeylər anladacaq və böyük ehtimalla, yalan da söyləməyə çalışacaq həmin şəxsin ruh halı haqqında “ip ucları” verir.

Mən Con Boltonu iş otağında heç görmədim. Lakin onu bu şəraitdə görən jurnalist dostlarım var. Onlar müşahidə qabiliyyətlərinə güvəndiyim, sağlam xarakterli jurnalistlərdir. Bu jurnalist dostlarımın mənə anlatdıqlarına və yazdıqlarına əsasən, qarşımıza aşağıda təsvir etdiyim ruh halı olan bir Con Bolton çıxır.

Hər an sürpriz qərar ala bilər

Rəsmi toplantı keçirərək, qərar almağı heç sevmir. Seçdiyi iş metodu divarında asılı olan bir fotoşəkildən bəlli olur. O fotoşəkildə Corc Buş prezidentliyi dövründə “Oval ofis”dəki masasının yanında ayaqüstündə durmuş və ətrafında milli təhlükəsizlik komandasının bütün önəmli kadrları ilə birlikdə bir dairə yaratmışlar. Aydındır ki, önəmli bir qərar verilir. Bolton da belə spontan, ayaqüstündə danışmaqla qərar vermək yolunu seçir. Xatırlayırsınızsa, Türkiyəyə gəldiyi zamanİbrahim Kalınla da belə ayaqüstündə danışarkən bir fotoşəkili çəkilmişdi.

Masasında əl bombası olur

2. Masasının üstündə olduqca ağır saxta əl bombası var. Onu sənədlər, iş qovluqları dağılmasın deyə, ağırlıq kimi istifadə edir. Əl bombasını seçməsi, təbii ki, Boltonun müharibə heyranlığının bir simvoludur. Bolton müzakirə olunan mövzudan və ölkədən asılı olmayaraq, ikinci cümləsində problemi bombalamaqla, hava əməliyyatı ilə həll etməyi təklif edir. Bu, Vaşinqtonda məlumdur.

İrana yönəlik siyasət müzakirə edilərkən Bolton onun da bombalanmasını təklif etmişlakin buna o dövrdə Ağ Ev aparatının rəhbəri olan Con Kelli tərəfindən veto qoyulmuşdu.

Venesuelanı işğal etmək planını hazırlayan da Con Boltondur.

Bunlar məlum olduğu üçün, Boltonun masası üzərindəki əl bombası Vaşinqtonda heç kimi təəccübləndirmir.

Öyündüyü “İran qərarı”

3. İrana qarşı sanksiyaların tətbiq edilməsi haqqında qərar verilməsində oynadığı rola görə qürur duyur. Tramp həmin qərarı imzalayarkən çəkilmiş fotoşəkilini imzalayaraq Boltona göndərmiş, o da onu öz iş otağının divarından asmışdır. Vaşinqtonda imzalı fotoşəkili birbaşa gətirənin İvanka Tramp olduğu da söylənilir. O imza qoyularkən istifadə edilən və Tramp tərəfindən ona hədiyyə edilən qələm də Boltonun masasının üstündə durur.

“Türkiyə haqqında yazdığımı gördünmü?”

4. Onu ziyarət etməyə gələn jurnalistlərə Prezidentlə nə qədər yaxın münasibətdə olduğunu anlatmağı sevir. Məsələn, onun anlatdığına görə, Tramp Türkiyəni iqtisadi baxımdan təhdid edəntweetini atdıqdan həmən sonra Boltona zəng edib və ona “Gördünmü, bax, nə formada “tweet” atdım?” deyib.

Anlaşılan odur ki, son dərəcə ciddi mövzularda belə, onlar öz aralarında yeniyetmə uşaqlar kimi danışa bilirlər.

Tərcümə Strateq.az-ındır