Qoşqar Təhməzli Qarabağ veteranıdır? - QİDA-nın sədri neçənci ildə və hansı cəbhədə döyüşüb?

Baxış sayı:
1237

“Siçan-pişik”dən 5-10 manat qazanan Qoşqar Təhməzli 100 milyonluq biznesi hansı pulla qurdu? 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ( AQTA ) sədri  Qoşqar Təhməzlinin tərcümeyi-halına nəzər salanda adam elə bil gülməli nağıl oxuyur. 
Qoşqar Təhməzlinin rəsmi  avtobioqrafiyasından bəlli olur ki, tələbə olanda  silaha sarılıb və vətən uğrunda vuruşub. Hətta guya yaralanıb da. 
Görəsən, Qoşqar Təhməzli  bunları rəsmi şəkildə sübut edə bilərmi ? 
Heç kimə sirr deyil ki, xeyli sayda məmur yalandan özünə Qarabağ veteranı  sənədi düzəldib, hətta onun imtiyazlarından gen-bol istifadə də edir. 
Deyirlər ki, Qoşqar Təhməzli də belə saxta veteranlardan biridir. Əgər Qoşqar Təhməzlinin əlində faktları varsa, qoysun ortaya. Görək, o hansı cəbhədə, hansı bölgədə hərbi xidmət edib, komandiri kim olub ?
Qoşqar Təhməzlinin tərcümeyi-halından bəlli olur ki, 1994-cü ildə Tibb Universitetini  bitirib. 
Ən gülməlisi odur ki, guya Qoşqar Təhməzli  1996-cı ildə keçmiş ekologiya naziri Hüseynqulu Bağırovun Qərb Universitetindən də diplom alıb və “Siyasi Elmlər Bakalavrı” dərəcəsinə malikdir. 
Vallah dünyanın heç bir yerində belə gülməli, daha doğrusu, biabırçı hal ola bilməz. 
Axı, həmin illərdə  Qoşqar Təhməzli  sıravi işçi olaraq  “siçan-pişik”  məsələsinə baxırdı, obyektlərdən  5-10 manat  güclə alırdı. 
Bəs bu adam birdən-birə necə böyük binesə gəldi ?
Axı, məntiqlə  “siçan-pişik”dən  5-10 manat almaqla nəinki böyük biznesə, heç kiçik biznesə də gəlmək olmaz. 
Bəs, onda  bu adam necə  böyük bir tibbi mərkəzin, yəni “Nəbz” Tibb mərkəzinin baş direktoru, sonra  “Medeks” MMC-də baş direktor ola bildi. 
Bəli,  əlahəzrət  məntiq  deyir ki, Qoşqar Təhməzlinin qardaşı, yəni Məcburi Köçkünlərin Sosial İnkişafı Fonduna uzun illər  rəhbərlik etmiş  Fərhad Təhməzov  dövlətdən oğurladığı milyonları  qardaşları vasitəsilə  biznesə yönəltmişdi. 
Belə ki, qaçqın və məcburli köçkünlər üçün tikilən binalar, şəhərciklər  hamısı Fərhad Təhməzovun nəzarətində idi. 
Fərhad Təhməzov  dövlətin ayırdığı  100 milyonları mənimsəmişdi. Bu pulları harasa yönəltmək lazım idi. 
Bax, onda həmin pullar  Qoşqar Təhməzlinin vasitəsilə tibbi klinikaların açılmasına, xaricdən bahalı tibbi avadanlıqların ölkəyə gətirilməsinə yönəldi. 
Qoşqar Təhməzli hətta başqa məmurlar üçün də klinikaların açılmasına  kömək edirdi. Beləcə ölkəni özəl klinikalar bürüdü. 
Yəni bu qardaşların yüz milyonluq  biznesinin kökündə qaçqın və məcburi köçkünlərə ayırlan  dövlət vəsaiti dayanır. 
Məsələ təkcə Qoşqar Təhməzli ilə bitmir. 
Fərhad Təhməzovun  dövlətdən oğurladığı milyonların bir hissəsini isə digər qardaşı Ataş Təhməzov tikinti biznesinə yönəltdi. 
Söhbət PA-da Akif Muradverdiyevlə birgə çalışan və  Əli İnsanovla yaxın dost olan, yaxasını həbsdən güclə qurtaran Ataş Təhməzovdan gedir. 
İndi isə Qoşqar Təhməzlinin digər əməllərindən bəhs edək. 
Məlumdur ki, uzun illər ölkədə LEŞ MAFİYASI var idi. Vətəndaşlara ölmüş heyvan cəmdəyi, leş  satırdılar. 
Digər tərəfdən, ticarət obyektlərində, kafelərdə, ictimai-iaşə obyeklərində keyfiyyətsiz, vaxtı keçmiş qida məhsulları satılırdı. Bu isə millətin sağlamlığını, hətta genefondunu məhv etməkdən başqa bir iş deyildir. 
Bu məsələdə isə Baytarlıq Dövlət Xidməti, Fitosanitariya Xidməti və digər qurumlar lazımi tədbir görə bilmirdilər. 
Buna görə də cənab Prezident  yeni bir qurumun, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı qərar verdi. Və qurumun sədri də Qoşqar Təhməzli oldu. 
Bu neçə ildə nə dəyişdi ? 
Bəlkə, irəliyə doğru balaca addım atıldı ? 
Qətiyyən belə deyil. 
Yenə LEŞ MAFİYASI meydan sulayır, ərzaq məhsullarından zəhərlənmələr, hətta saxta içkilərdən ölüm halları davam edir. Məsələn, məşhur “Baku City”də ölüm halları baş verib. 
Həm də söhbət yol kənarındakı ucuz kafedən-zaddan getmir ee, şəhərdəki  bahalı restorandan gedir. 
Guya bunlardan Qoşqar Təhməzlinin xəbəri yoxdur ? 
Hələ bu yaxın günlərdə bəlli oldu ki, Fərhad Təhməzovun oğlu İsrafil Təhməzlinin və qızı  Fidan Təhməzlinin xaricdə böyük biznesi var. 
Hətta o da bəlli oldu ki, İsrafil Təhməzli  dövlətdən böyük məbləğdə kredit götürüb qaytarmır. 
Bax, beləcə Təhməzovlar dövlətə ata-ata gedirlər. Haradək ? 
Bunu zaman göstərəcək.
P.S Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq./gundelik-baku.com