​Qorxunc səslərin gəldiyi ən qəribə məkan - Foto.

Baxış sayı:
1567

Cin məclisi adlı arxeoloji mağara Oman Sultanlığının şimal-şərq bölgəsində, Kiryat vilayətinin Fins kəndi yaxınlığında, Hacar dağ massivinə mənsub olan Bani Caber yüksəkliyi, Salmah yaylası ərazisində yerləşir.
Muxalifet.az-ın məlumatına görə, 1938-ci ildə su araşdırmaları zamanı kəşf edilən Cin məclisi, dünyada ən geniş iç qübbəyə malik yeganə mağaradır. Mağaraya giriş sadəcə, tavandan mümkündür. Mağaranın toplam 3 girişi var. Girişlərin hər birindən mağaraya enmək üçün 200 metrlik iplərdən istifadə olunur.
58 min kvadrat metr sahəsi olan mağaranın özəlliyi isə onun 3 giriş dəliklərindən içəri daxil olan Günəş şüalarının verdiyi gözəllikdir.
Küləkli havalarda isə mağaranın dəliklərindən uğultulu, qorxunc səslər eşidilir. Yerli sakinlərin inancına görə, bu qorxunc səslər məhz mağarada dolaşan müəmmalı varlıqların səsləridir.
Kəndin yaşlı insanları şər qarışan vaxtda, xüsusilə gecələr mağaraya tərəf getməyi məsləhət görmürlər. Kəndin yaşlı sakinlərinin dediklərinə görə, hələ qədim zamanlarda "cinlərlə təmasda olmaq istəyənlər" 40 gün müddətində bu mağarada tək yaşayırlarmış.
Mağara səhralıq bir yerdə olsa da, içəridə maksimum 15 dərəcə istilik olur.
Çöldə havanın temperaturu 40 dərəcəyə çatsa belə, mağarının standart dərəcəsi dəyişməz olaraq qalır.
Mağaranın çevrə divarlarının qalınlığı 40 metrəyə yaxıdır. Bu da mağaranın qızmasını əngəlləyir.
Bu mağarını daha çox adrenalin həvəskarları ziyarət edirlər. Mağaraya bir çox insanlar enə bilməsələr də üzərindəki dəliklərdən içərini izləyə bilirlər.